Bişdikdən sonra daha faydalı olan tərəvəzlər

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 185
Səs ver:
(səs: 0)
Bir çox tərəvəzi çiy halda yemək məsləhət görülür. Çünki onlar yüksək temperatura məruz qaldıqda tərkibində olan vitamin və mineralların çoxunu itirirlər. Ancaq bir sıra tərəvəz də var ki, əksinə bişirildikdə orqanizm üçün daha faydalı hala gəlir.
 
İspanaq
Kalsium, dəmir və maqnezium mənbəyi olan ispanağı bişirdikdə onun qida dəyəri 3 dəfə artır.
 
Yaşıl kələm
Liflə zəngin olan bu tərəvəzi bişirib yedikdə xolesterin səviyyəsini aşağı salır.
 
Göbələk
Göbələk həzmi çətin olan qidalardan biridir. Ancaq bişirildikdə daha asan həzm edilir. Üstəlik, tərkibindəki toksinlər öldüyü üçün orqanizm üçün daha faydalı hala gəlir.
 
Yerkökü
Bu tərəvəzin də həzmi çətindir. Yerköküknü bişirdikdə o həm daha asan həzm edilir, həm də tərkibindəki beta-karotenlə A vitamin orqanizmdə daha uzun müddət qalır.
 
Pomidor
Pomidoru adətən, çiy yeyirik. Ancaq bu tərəvəz bişirildikdə tərkibindəki likopen miqdarı 30 faiz artır. Qeyd edək ki, likopen xərçənglə mübarizə aparan ən güclü maddə hesab edilir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri