Ürəyə xeyirli qidalar - Sarımsaq, balıq, qoz...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 750
Səs ver:
(səs: 1)
Ürəklə bağlı xəstəliklərin artması türkəçarəni, təbii vasitələrlə müalicəni də həkim müdaxiləsi qədər aktuallaşdırıb. Hətta kardioloqlar da yeri gələndə belə vasitələri pasiyentlər üçün məsləhət görür.

Bəs ürəyə xeyirli olan qidalar hansılardır? Diqqətiniz bizdə olsun. Sizi həmin siyahı ilə tanış edəcəyik.

Siyahının ilk pilləsində sarımsaq dayanır. Təbiblər iddia edir ki, gündə bir diş sarımsaq ürək xəstəliklərinin qarşısını alır, damarlarda tromb yaranmasına imkan vermir və təzyiq problemlərini həll edir.

Ürəyin dostu olan digər qida isə balıq əti və balıq yağıdır. Bu məhsullar damar daxilində yaranan tıxanmaların qarşısını alır. Həftədə 2-3 dəfə balıq əti və balıq yağından istifadə edənlər ürəklərini qorumuş olarlar.

Üçüncü yerdə qoz-fındıq gəlir. Həftədə iki-üç dəfə 6-7 fındıq, 2-3 qoz yeyən insanların ürəyi sağlam qalır. Bundan başqa çovdar unu, yaşıl çay, qırmızı üzüm ürək hüceyrələrini cavan saxlayır, pomidor və qarpız isə infarkt riskini xeyli azaldır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri