Düzgün qidalanma sağlamlığınız üçün çox vacibdi unutmayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 664
Səs ver:
(səs: 0)
Yemək yedikdən sonra bəzi səhvlərə yol veririk.

3 əsas qaydaya riayət edin.
Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul edin.
Qidanı minimal qəbul etməklə qənaətlənin.
Qidanı yaxşıca çeynəyin.

Qaçmaq və yatmaq
İnsanların çoxu yeməkdən sonra gəzməyin faydalı olduğunu düşünür. Ancaq mütəxəssislər yürüşə yeməkdən ən az bir saat sonra çıxmağı tövsiyyə edir. Yeməkdən dərhal sonra yürüşə çıxsanız, aldığınız qidalar həzm edilmir. Yeməkdən dərhal sonra yatmaq isə həzm sistemindən problemə, dolayası ilə qastritə səbəb olur.

Yeməyə maye ilə başlamaq lazımdır.Belə başlanğıc sayəsində mədə artıq selikdən azad olur, mədəaltı vəzi işləməyə başlayır və iştahı bir az aşağı salır.Çoxumuz yeməkdən dərhal sonra çay və ya qəhvə içirik.

Çay və ya qəhvə
Mütəxəssislər çay və qəhvəni yeməkdən 2-3 saat sonra içməyi tövsiyyə edir. Əks halda içilən qəhvə və çay bədənin dəmir almasına mane olur və hemoqlobini aşağı salır. Qan azlığının ən böyük səbəbi yeməkdən sonra çay və qəhvə qəbul etməkdir.

Yay aylarında insanlar yeməklərinə xüsusi diqqət etməlidirlər. İsti aylarda tərəvəzlə qidalanmaq məsləhətlidir. Bundan başqa, yayda insan orqanizmi daha çox maye itirir. Bu səbəbdən bol su içmək orqanizmdəki maye itkisinin bərpasını sürətləndirir.

Səhər yemeyi mütləq və mütləq yeyilməlidir. Çünki axşam yatdığımız müddətdə orqanizmimiz 7-8 saat ac qalır və biz səhər qidalanmasını etmədikdə bədənimizdə olan vitamin, enerji ehtiyatı tükənir və orqanizmdə metabolizm səviyyəsi aşağı düşüşməsinə səbəb olur, bu da öz növbəsində bədənimizin zəifləməsinə gətirib çıxardır. Nahar yeməyi də yaxşı yeyilməlidir.

Diqqət!

Düzgün qidalanmamağın nəticəsində ürək və qan dövranı sistemində xəstəliklər, yüksək qan təziqi, beyinə gedən qan damarlarında xəstəliklər, diabet, qaraciyər serozu, karies, prostat və s. kimi xəstəliklər əmələ gəlir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri