Hər gün 3 dənə xurma yesəniz...

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 4 576
Səs ver:
(səs: 1)
İran xurmasının insan sağlamlığına olan faydaları saymaqla bitmir. Ancaq bir azdan öyrənəcəyiniz məlumatlardan sonra artıq hər gün azı 3 dənə xurma yemək istəyəsəksiniz.

Xurmada A, B, C vitaminləri kimi bir çox vitamin və minerallar var. İsraildə aparılan araşdırmaya görə, gündə 3 ədəd xurma yemək infarkt riskini az qala sıfıra endirir. Gündə 3 dənə xurma yeməyin faydaları ilə sizi tanış edirik.

Zəka səviyyəsinə təsir edir
Xurmanın içərisində olan müxtəlif vitamin və minerallar yaddaşı gücləndirərək beynin işini daha yaxşı təmin edir. Xurma həm də möcüzəvi bir atışdırmalıqdır. Tərkibindəki fruktoza sizə bitib-tükənməyən enerji verir.

Damarları açır
Damarlarda yaranan tıxanma infarkt riskinə gətirib çıxaran olduqca təhlükəli və ölümcül bir haldır. İsrailli alimlər nar suyu və xurmanın eyni anda yeyilməsinin damar tutulmalarına yaxşı təsir etdiyini deyirlər. Lakin bununla yanaşı, damar tutulmalarına yaxşı təsir edən üsul gündə 3 ədəd xurma deyil, xurmanın dənəsinin tozudur. Xurma dənələrini toz halına gətirib müəyyən aralıqlarla yemək damarları açır, eyni zamanda damar tutulmalarına yaxşı təsir edir.

Qaraciyər xərçənginə qarşı qoruyur
Xurma güclü bir maqnezium qaynağıdır. Daha yaxşı hüceyrələrin meydana gəlməsi və qaraciyərin sağlamlığı üçün də maqnezium olduqca əhəmiyyətlidir. Gündə 3 ədəd xurma yemək bədəni qaraciyər xərçəngi və müxtəlif qaraciyər xəstəliklərindən də qoruyur.

Ağrıları azaldır
Təbii maqnezium qaynağı olan xurma ağrıları azaldır və əzələlərdəki sıxılmalara da olduqca yaxşı təsir edir. Eyni zamanda serotonin ifrazını sürətləndirdiyi üçün stress qaynaqlı baş ağrılarına da yaxşı təsir edir.

Osteoporoza mane olur
Tərkibindəki zəngin kalsium sayəsində xüsusilə qadınlarda inkişaf edə biləcək sümük əriməsi narahatlıqlarına mane olur. Buna görə də gündə 3 ədəd xurma yemək həm osteoporoza mane olur, həm də gündəlik kalsium ehtiyacını qarşılayır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri