Nar xolesterinin səviyyəsini aşağı salır...

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 2 756
Səs ver:
(səs: 0)
Nar həkim -dietoloqların fikrinə görə çoxlu xeyirli xüsusiyyətlərə malikdir.
"Zee News " xəbər verir ki, nar orqaznizmi sağlamlaşdıraraq, insult və ürək tutmasının təhlükəsini azaldır. Bundan əlavə nar, qanda olan ziyanlı xolesterinin səviyyəsinin aşağı salır.
Dietoloqların bu məhsulu sevmə səbəbi, onun az kalorili,tərkibində minimal yağ dərəcəsi, vitamin və mineralların optimal sayda olması ilə bir başa əlaqədardır. Antioksidant xüsusiyyəti isə orqanizmin hüceyrələrinin korlanma faktorlarına müdafiə rolunu oynayır.
Keçirilən tədqiqatlar onu sübut edir ki, narı daima qidaya əlavə etdikdə, o, nadir xərçəng hüceyrələri ilə mübarizədə kömək edir. O, xüsusi ilə sərbəst radikalların fəaliyyəti ilə əlaqədar olan döş xərçəngi və iltibah prosesslərində çox effektiv sayılır.
Nar həmçinin hipertoniya (yüksək qan təzyiqi) xəstəliyi olan insanlara xeyirlidir. O, damarlarda olan təzyiqi azaldır. Əslində isə nar, qanı duruldaraq tromb əmələ gəlməsinə mane olma xüsusiyyətinə görə qısmən aspirini əvəz edə bilər. Sonda isə onu demək istərdik ki, bu meyvə dəriyə çox yaxşı təsir edərək, travmaların sağalmasını tezləşdirərək dəridə piqment ləkələrin əmələ gəlməsinə mane olur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri