Gözəl dəriyə sahib olmaq istəyirsinizsə bu məhsullardan İMTİNA EDİN

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 1 725
Səs ver:
(səs: 0)
Təmiz və gözəl dəri hər insanın arzusudur. Yeniyetməlik dövründə dəridə sızanaq və civzələrin olması təbii haldır və orqanizmdə gedən ciddi hormonal dəyişikliklilərlə bağlıdır.

Lakin dermatoloqların müşahidələrinə görə, hətta 25 yaşdan sonra insanların 20-40%-də sızanaqlar problemi aktual olaraq qalır.

Dermatoloqlar sübut edir ki, bir çox insanlarda bəzi adi məhsulların qəbulu dəridə səpgilərə səbəb olur. Bu məhsullara arasında: tünd şokolad, ədviyyatlar, turşular, hisə verilmiş məhsullar, sosis, kolbasa, çipsi.

Son zamanlar mütəxəssislər dərinin vəziyyətinə mənfi təsir edən məhsullar siyahısına südü da daxil edib.

Amerikalı alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, südün tərkibində olan hormonlar orqanizmdə testosteronun ifrazına təsir edir. Nəticədə dəri piyinin ifrazı da artır, piy dəri məsamələrini bağlayır və bu da sızanaqların əmələ gəlməsinə və ya çoxalmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, bu fikir yalnız südə aiddir. Probiotiklərlə zəngin olan süd məhsulları (qatıq, kəsmik, xama, pendir və s.) əksinə dəri üçün çox faydalıdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri