Gülabın faydaları

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 145
Paylaş:
Səs ver:
(səs: 0)
Gülab gül ləçəklərindən və ya müxtəlif bitki yarpaqlarından əldə edilən içkidir. Gülabın hazırlanma tarixi qədimlərə qədər gedib çatır. Gülabdan alkohollu içkiləri, mineral suları, siropları, müxtəlif meyvələrdən hazırlanan içkiləri dadlandırmaq üçün istifadə edilir. Giləmeyələri qaynatdıqdan sonra suya gülab və şəkər tozu əlavə etdikdə dadlı şərbət əldə edilir. Gülabın hazırlanma texnologiyası ilə sərt dərman miksturaları, tinktura və dərman maddələri də hazırlanır. Müalicəvi tərkibli bitkilərdən hazırlanan gülabdan az miqdarda suya damızdıraraq içmək orqanizmə müalicəvi təsir göstərir. Gülab hazırlamaq üçün xüsusi qazandan istifadə edilir. Qazan mütləq misdən hazırlanmalıdır. Bu qazan iki hissədən ibarət olur. Alt hissəyə istənilənn bitki və ya gül ləçəkləri tökülür və qazanın üst hisəəsi qapanır. Qazanın ikinci hissəsi isə xüsusi quruluşa malik olur. Onun aşağı hissəsi dairəvi və qabarıq, üstündə isə su tökmək üçün yer olur. Qazan zəif odun üstündə qızdıqca, onun üst hissəsindəki su da isinir. Üst qazanda olan su qızdıqca soyuq su ilə əvəz edilir. Bu zaman bitki ləçəklərindən əmələ gələn isti buxar üstdəkli qazanın alt hissəsindən süzülüb nazik boruya, ordan da şüşə qaba damcılanır. Gülabın əmələ gəlmə prosesi çox yavaş və çətin bir prosesdir. Çiçək ləçəklərindən əmələ gələn buxarın gülaba çevrilməsi saatlarca vaxt tələb edir. Gülab onun əldə edilməsi zamanı istifadə olunan bitkinin tərkibindən asılı olaraq müxtəlif ətrə malik olur. Ondan müxtəlif içkilərin, siropların, şərbətlərin dadlandırılması məqsədilə istifadə olunur.
Gülabın faydalı xüsusiyyətləri
Gülabdan bir çox xəstəliklərin müalicəsi zamanı istifadə edilir. O qəbizliyi, ürəkbulanmanı aradan qaldırır, ishal zamanı xəstəlik əlamətlərini azaldır. Gülab revmatizma ağrılarını aradan qaldırmaq abiliyyətinə malikdir. Gülab ürək və mədənin möhkəmlənməsinə səbəb olur, stressi aradan qaldırır, arterial təzyiqi aşağı salır. Gülab iyləmək diqqətin toplanmasına səbəb olur.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 145
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
gulab xoslamiram
11 iyul 2018 20:09
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
CANAN
Gulabi bizde hazirlayirik.
Cox sevirem gulabi
6 iyul 2018 23:26
4
canan qizim sirin seker qizim.
Offline
Yağmur
Faydalı melumatcün teşekkürler
6 iyul 2018 11:00
3
Olduğun yeri cennete cevirmedinse her qacdığın yer sene cehennemdi
Offline
Dilaycan
Gulabı indi ancaq yas yerlərində istifadə etdikləri ucun o ətir burnuma gələndə
mənə həmin yas mərasimini xatırladır..
Ümumilikdə qoxusu xoşa gələndir..
6 iyul 2018 10:34
2
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
BARBI
Gulabin qoxusunu sevirem.Cox faydalidir.
6 iyul 2018 07:57
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri