Sağlam olmaq istəyən təzə fındıq yesin

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 894
Səs ver:
(səs: 0)
Fındıq bir çox faydalı maddələrlə zəngindir. Onun tərkibində polidoymamış yağlı turşular, vitaminlər (xüsusilə B qrupu, E), müxtəlif makro və mikroelementlər (marqan, mis, maqnezium, fosfor, sink, kalium və s.), aminturşuları, zülallar, fitosterollar və s. var.
Mütəxəssislər təzə fındığı ən faydalı hesab edir ki, onun tərkibində olan qiymətli maddələrin miqdarı daha çoxdur.

Qadınla.Com sizə fındığın faydalarını təqdim edir:

1. Yağlı turşularla zəngin olduğundan fındıq ürək və damarların sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır.

2. Fındığın tərkibində olan fitosterol birləşmələri onu qadın orqanizmi üçün çox faydalı edir. Fitosterollar qadın cinsiyyət sisteminin sağlamlığını qoruyur, pozulmaların riskini azaldır.

3. Fındıq sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, stressi azaldır.

4. Fındıq ən güclü antioksidantlardan biri olan E vitamini ilə çox zəngindir. Bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin riskini azaldır.

5. Fındıq qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

6. Fındıq immun sistemini möhkəmləndirir, orqanizmin tonusunu qaldırır.

7. Fındıq varikoz xəstəliyi və tromboflebit (damarların iltihabı) zamanı faydalıdır.

8. Babasilin inkişafının riskini azaldır.

9. Sinklə zəngin olduğundan kişi reproduktiv sistemi üçün çox faydalıdır, prostat vəzi xəstəliklərinin riskini azaldır.

10. Onkoloji xəstəliklərinin riskini azaldır.Fındıq çox kalorili məhsuldur. 100 qr fındığın tərkibində 700 qədər kkal var. Həmçinin fındığın çoxlu miqdrada istehlakı qarında ağırlıq, köp, həzmin pozulması kimi simptomların əmələ gəlməsinəsəbəb ola bilər.

Bu səbəbdən mütəxəssislər gün ərzində ən çoxu 1 ovuc fındıq yeməyi tövsiyə edirlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri