Üzüm çəyirdəyinin faydaları

Müəllif: _Mrs_
Şərhlər: 5
Baxılıb: 1 736
Səs ver:
(səs: 0)
Üzüm ən məşhur meyvələrdən biridir. Amma bir çox insan bəlkə də ən faydalı hissəsi olan çəyirdəklərini yeməyi unudur.

Üzüm çəyirdəyi güclü antioksidantlar baxımından və oligomerik proantisiyanidin kopleksleri (OPCS) baxımından zəngindir.

Oligomerik proantisiyanidin kompleksləri antioksidant fəallığı ilə tanınır. Bunun mənası üzüm çəyirdəyi orqanizmdəki sərbəst radikalları məhv etməyə yardımçı olur. Beləliklə, erkən yaşlanma və müəyyən xroniki xəstəliklərdən qorunmağa kömək edir.

Üzüm çəyirdəyində olan antioksidant linoleik asit və fenolik prokyanidinlər qan damarlarını yüksək təzyiqə səbəb olan zərərlərdən qorumağa kömək edir. Üzüm çəyirdəyi qan damarlarını açır və meobolik sindrom olan şəxslərdə təzyiqi aşağı salır.

Üzüm çəyirdəyi sümüyün inkişafını təmin edir. Uzun müddət oturma nəticəsində ayaqlarda yaranan şişin qarşısını alır. Bundan başqa şiş daha çox döş xərçəngi əməliyyatından sonra yaranır. Əməliyyatdan sonra 6 ay müddətincə gündə 600 qram üzüm çəyirdəyi yemək şişi və şiş nəticəsində yaranan ağrıları azaldır.

Üzüm çəyirdəyi mineral yaranmasını təmin edir. Minerallaşma diş çürüməsini durdurmaq üçün təsirlidir və ağız sağlamlığında əhəmiyyətli rol oynayır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri