Payız fəslinin ən faydalı məhsulları

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4119
Paylaş:
Səs ver:
(səs: 0)
Yaxın zamanlarda qışın yaxınlaşmasına görə, payız aylarında orqanizmi lazımi vitamin və mikroelementlərlə təmin etmək gərəkdir.

Payız fəslinin, bütün qış ərzində sizi enerji ilə təmin edə biləcəyi bir çox energetik meyvə və tərəvəzləri vardır. Onlardan ən faydalı olanlarını sizə təqdim edirik:

1. Balqabaq - tərkibində dəmirin çoxluğuna əsasən tərəvəzlər arasında lider  olan bu məhsul, B, C, E, D, PP vitaminləri və həmçinin orqanizmdə mübadilə prosesslərinə təsir edən çox nadir  T vitamini ilə zəngindir. Balqabaq, pektin telləri sayəsində orqanizmdən artıq xolesterini, toksin və şlakları çıxarma gücünə malikdir.

2. Alma  — payız aylarında tez tez rast gəlinən, halsızlıq, anemiya və ürək damar xəstəliklərizamanı köməyimizə çatır. Alma dərini sağlamlaşdırır, həzmə kömək edir və görmə qabiliyyətini yaxşılaşdırır.

3. Çuğundur - selülloz, dəmir, maqniy, mis, fosfor və C vitamini ilə çox zəngindir. Tərkibində orqanizmi enerji və davamlılığı təmin edən xeyli miqdarda karbohidratların olmasına baxmayaraq, az kalorili sayılır.

4. Kök  — karotinin 1 nömrəli mənbəyi. Bu məhsul, qanı təmizləyir, orqanizmdən toksin və ziyanlı maddələri çıxarır, maddələr mübadiləsini normallaşdırır və həmçinin bütün daxili orqanların aktivliyini artırır.

5. Üzüm  — güclü antioksidant. O, miqrenlə mübarizədə çox kömək edir, üzüm şirəsi isə orqanizmi bir anda enerji ilə təmin edən təbii energetik içki sayılır.

6. Gavalı  — hipertoniyanın ən yaxşı dərmanı. Bu meyvə kəllədaxili qan dövranını yaxşılaşdıraraq baş ağrılarının qarşısını alır.

7. Göbələk  — tərkibində zülalın miqadrına görə lider sayılır. Aterosklerozun və orqanizmdə xolesterinin yığılmasının qarşısına almağa kömək edir .

8. Moruq  — orqanik turşular, efir yağları və vitaminlərin mənbəyi. Giləmeyvə kapilyarları möhkəmləndirir və iltihab xəstəlikləri ilə mübarizədə kömək edir.

9. Armud  — təbii enerji mənbəyi. Yorğunluq və depressiya ilə mübarizədə kömək edir. Tərkibi çoxlu sayda bioaktiv maddələrlə zəngindir.

10. Kələm  — bitki zülalı və vitaminlərlə zəngindir. Selüllozun olması isə onun orqanizmdən şlak və xolesterinin çıxarılmasını təmin edir.

Tutqun hava qəmginlik, halsızlıq və depressiya üçün əsas deyil. Sadaladığımız meyvə və tərəvəzlər bu kimi problemlərlə mübarizə üçün yaxşı üsuldular. Rasionunuza bu məhsulları əlavə etməklə siz orqanizminizi  vitamin, mikroelement  və makroelemetlərlə təmin etmiş olacaqsınız...bu isə həm sağlamlıq,  həm də əhval ruhiyyə baxımından çox xeyirlidir.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 4119
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv