Sonsuzluğa çarə olan ədviyyat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 972
Səs ver:
(səs: 1)
Dünyanın ən bahalı ədviyyatı zəfərandır. Ondan daha çox Yunanıstan və Asiya mətbəxində istifadə edilir. Bir çox yerdə ucuz zəfəran tapmaq mümkündür. Hətta marketlərdə də satılır. Ancaq həqiqi zəfəranın kilosunu 11 min dollardan ucuza almaq olmaz. 

Zəfəranın bu qədər dəyərli olması səbəbsiz deyil. Bu ədviyyat demək olar ki, bütün dərdlərin dərmanıdır. "Şərqin möcüzəsi” adlandırılan bu ədviyyat iştahanı açır. Təkcə qoxusu bədənin müqavimətini artırmağa qadirdir. Qoxusu həm də əsəbləri sakitləşdirici təsirə malikdir.

Qrip, soyuqdəymə zamanı zəfəran temperaturu salıb, öskürəyi kəsməkdə möcüzəvi təsir göstərir. Həmçinin astma və bronxit xəstələrinə də məsləhət görülür.

Qaraciyər, öd, ürək, göz xəstəliklərindən əziyyət çəkənlər zəfərandan dərman kimi istifadə edə bilərlər.

Zəfərandan göz xəstəliklərinin müalicəsində, həmçinin diş əti ağrılarını azaldıb, dişləri gücləndirmək üçün də istifadə etmək olar.

Zəfəranla müalicənin qədim zamanlardan günümüzə kimi gəlib çıxan bəzi üsulları var:

Göz xəstəliklərindən əziyyət çəkənlər təmiz yuyulmuş stəkana 5 ədəd qurudulmuş zəfəran teli töküb, üzərinə 2 xörək qaşığı qaynar su əlavə edərək dəmləməlidirlər. 10-15 dəqiqədən sonra dəm tünd sarı rəng alır. Pambığa 2-3 damcı bu məhluldan hopdurup səhər və axşam gözü silirlər.

Zəfəran gözün torlu qişasının xəstəliklərinin, mirvari suyunun, sarılıq, qaraciyər, öd kisəsi, ürək infarktı, mədə-bağırsaq xəstəliklərinin müalicəsinə kömək edir. Orqanizmə güc və gümrahlıq verir.

Zəfəranın dişi və erkək tellərinin faydaları bir-birindən fərqlənir. Belə ki, erkək telləri sonsuzluğa qarşı əvəzsiz müalicəvi əhəmiyyətə malikdir.

Qurudulmuş dişi telləri isə sarılıq, öd kisəsi və qaraciyər xəstəlikləri zamanı istifadə olunur. Bunun üçün zəfəranı 3-4 dəqiqə qaynadıb sonra adi çay kimi dəmləyib içmək lazımdır.

Bu ədviyyatın qurudulmuşunu dilin altına qoymaqla beyin hüceyrələrinin və damarların kirəclənməsinin qarşısını almaq mümkündür.

Bir ədəd almanın baş hissəsini qapaq kimi kəsib, onun içərisinə 10 ədəd qurudulmuş zəfəran teli qoyulur və almanın qapağı örütülür. 24 saat saxlandıqdan sonra almanın qapağını açıb iyləmək lazımdır. Bunu 3 saatdan bir 5-10 dəfə iyləmək lazımdır. Beləliklə yaddaş möhkəmlənəcək, beyin qidalanacaq, baş ağrıları kəsiləcək və əhvali-ruhiyyəniz yaxşılaşacaq. Zəfəranı iyləmək ürək döyüntülərinin normaya düşməsinə də kömək edir.

Böyrək daşından xilas olmaq üçün 100 qram bala toz halına salınmış 50 qram zəfəran qarışdırılır. Bu məcundan axşam və ya səhər bir çay qaşığı qəbul etmək lazımdır. 

Bir çox bitki çaylarının inanılmaz faydalarını sizinlə bölüşmüşük. Ancaq zəfəran demək olar ki, bütün bitki çaylarından daha faydalıdır. Bu çaydan sadəcə sağlamlıq üçün deyil, həm də arıqlamaq üçün istifadə edə bilərsiniz.

Bədəndə yığılmış artıq yağları əridən zəfəran çayını adi çay kimi dəmləmək lazımdır. Çayı dadlandırmaq üçün bal əlavə edərək içə bilərsiniz.

Qeyd edək ki, bu çayı gündə 1 stəkandan artıq içmək olmaz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri