Reyhanın bilinməyən faydaları

Müəllif: Sabrina
Şərhlər: 16
Baxılıb: 2329
Paylaş:
Səs ver:
(səs: 3)
Sağlamlığın keşiyində dayanan qədim və populyar bitkilərdən biri də reyhandır. Bu göyərti həm kulinariyada, həm də dərman və kosmetik vasitələrin istehsalında istifadə edilir. Dünyanın bir çox ölkələrində reyhan "müqəddəs bitki" hesab edilir.

Bəzi məlumatlara görə, reyhanın vətən İrandır. Lakin hazırda bu yumşaq, birillik bitki Orta Asiyada, Uzaq Şərqdə və Qafqazda geniş yayılıb. Hətta Hindistanda reyhana poetik misralar qoşurlar, onu "krallara layiq ətirli bitki" hesab edirlər. Bu günə qədər hesab edilir ki, bu bitkinin ətri sinir sisteminin möhkəmlənməsinə və zehni fəallığın artmasına kömək edir.

Onu da qeyd edək ki, reyhanın müxtəlif növləri var. Məsələn, Aralıq dənizi reyhanı, Asiya reyhanı, limonlu reyhan, ağ reyhan, bənövşəyi reyhan və. Lakin biz adətən ətirli yaşıl və ya bənövşəyi rəngdə olan reyhandan istifadə edirik.

Reyhan - əsl super göyərtidir. Çünki onun tərkibi faydalı mikroelementlərlə zəngindir. Məlumdur ki, bu ətirli bitkinin tərkibində efir yağları çoxdur. Məhz bu amil onun dəyərli xüsusiyyətlərini artırır. Məsələn, reyhanın tərkibindəki kamfora yağı ürəyin işini stimullaşdırır və nəfəsi bərpa edir.

Bu bitki C, B2, PP vitaminləri, karotin, mineral maddələrlə zəngindir.

Maraqlıdır, super bitki insan orqanizminə necə təsir göstərir?

Birincisi, reyhan antiseptik və yara sağaldıcı xüsusiyyətlərə malidir. İkincisi, onun tərkibindəki C və P vitaminləri qan damarlarının divarlarının möhkəmləndirir. Üçüncüsü isə onun tərkibindəki A vitamini dərinin, saçın və dırnaqların keyfiyyətini yaxşılaşdırılmasında rol oynayır.

Reyhan və meteorizmlə, mədə-bağırsaq xəstəlikləri ilə mübarizədə geniş istifadə olunur, onun tərkibindəki enzimlər orqanizmdə yağların yandırılmasına və beləliklə də arıqlamağa kömək edir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, reyhanın kalorisi çox azdır. 100 qr reyhanda 27 kalori var. Ona görə də reyhanı salatlara və şorbalar əlavə etməkdən çəkinməyin. Onu da qeyd edək ki, 100 qram qurudulmuş reyhanın kalorisi yüksəkdir, 251 kalori.

loading...
(səs: 3)
Şərhlər: 16
Baxılıb: 2329
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
emis
reyhanin iyini cox sevirem oozunu yemirem ama salata dograyanda iyi cokur deye xosuma gelir,faydalari dehset coxdu saymaqla bitmez bildiklerimde vardi bilmediklerimde vardi tesekkur.
16 iyun 2015 00:01
16
Offline
Catwoman666
eger desem ki cox sevirem yalan olar)amma etrini sevirem
22 may 2015 17:37
15
Viking
Offline
ayka95
hec sevmediyim goyertidir
22 may 2015 15:30
14
Offline
vipbetul
men ele bilirdimki daha cox faydalidir
22 may 2015 14:57
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
WiRiN BaLaM
məndə salatda sevirem dadinida etrideki super
22 may 2015 13:33
12
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Tomris Müslümova
men bu qeder faydasindan xebersiz idim duzu ama sevirem,dadida qoxusuda yaxsidi
22 may 2015 13:29
11

Sən sadəcə mənimsən...!
Offline
efsane..
etrini cox xoslayiram xeyirlerinide esitmisdim tesekkurler xeber ucun
22 may 2015 12:11
10
Offline
Dosta_inam
Heç sevmirem reyhani,iki növünü taniyirdim ağ birde benövşeyi,eşitmişem reyhani ruslar yeni ölen meydin üstüne qoyurlar pis qoxu gelmesin deye,ondan sonra istifade etmirem,faydalari haqda bilirdim ancaq bu qeder deyil,teşekkür melumat üçün.
22 may 2015 11:16
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
yarpaq33
Salayda cox xowlayiram dunende heyetimize ekmiwem ve birde urek doyuntusu cox olan insanlar demleyib icse xeyrini gorer
22 may 2015 10:30
8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
konka84
xoşum gəlir
22 may 2015 10:26
7
Offline
Nur k-off
Cox sevirem coxda istifade edeniyem
22 may 2015 10:01
6
SVETA
Offline
Nergizz
mende cox istfad edrem reyhannan,umuiyetyle goyerti cox istfade edrem,yawil benovweyi reyhani tanyram,xeyrli oldgunda bilirdim bilmedylerimide oyrendim twkkk
22 may 2015 09:50
5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Fialka
Sevdiyim göyərtilərdəndir, reyhan və iki növü haqqında məlumatım vardı digər növləri haqqında da öyrənmiş oldum, təşəkkür.
22 may 2015 09:45
4
Offline
rəmsə
Maraqlıdır,bu qədər reyhan növü olduğunu bilmirdim,biz sadəcə bənövşəyi reyhanı tanıyırıq vəssalam.
22 may 2015 09:20
3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Happy
Qabaq hech sevmezdim amma indi xoshluyuram. Choxda faydali imish.
22 may 2015 08:17
2
Offline
BARBI
En sevmediyim goyertidir reyhan. Hec vaxt yemirem.
22 may 2015 08:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook