Gənəgərçək yağının saç strukturuna təsiri

Müəllif: acisko
Şərhlər:
Baxılıb: 1282
Paylaş:
Səs ver:
(səs: 2)
Gənəgərçək yağı  saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir.
O, unikal tərkibi sayəsində hər bir tükü görünməz plyonka ilə örtərək saçları çox yaxşı qidalandırır. Xüsusi ortük saç özəyinə qidalı maddələr hopdurur və üzərində nəmi qoruyub saxlayır. Bundan əlavə o, üzərində olan pulcuqları yapışdıraraq, zədələnmiş sahələri hamarlaşdırır. Nəticədə zədələnmiş saç strukturu hamarlaşaraq, saçın görkəminə sağlamlıq, parlaqlıq və hamarlıq verir.
Bundan əlavə  gənəgərçək yağı  nəinki saçın strukturuna, həmçinin baş dərisinə də çox yaxşı  təsir göstərir. Epitellərə hoparaq, hüceyrələrdə olan mübadilə prosesslərini yaxşılaşdırır, bakteriyaları məhv edir, iltihabı aradan qaldırır, dərinin elastikliyini artırır və qan dövranını gücləndirir. Saç soğanaqları xeyirli maddələrdən qidalanır və nəticədə güclənir və işi aktivləşir. Məhz follikul funksiyası və mübadilə prosesslərinin gücləndirilməsi səbəbindən, gənəgərçək yağını saçların uzadılması və həcmin artması üçün geniş istifadə edirlər.
Gənəgərçək yağı həmçinin müxtəlif dəri  xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri - kəpək, qaşınma, dərinin quruluğu , qıcıqlanma və qırmızılıq kimi problemlərin həllində köməkçi olur.
Gənəgərçək yağından olan maskalar, saçların uzanmasını tezləşdirir və yatmış soğanaqları oyadaraq, nazik saçları xilas edir.
Unutmayın, gənəgərçək yağını maska kimi istifadə etdikdən əvvəl 15 dəqiqə isitməniz məsləhət görülür(isti suyun içində). Bu halda onun xeyirli komponentləri saç səthinə daha yaxşı hopur.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1282
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv