Təəssüf
ki, bu faydalı tərəvəz bizdə geniş istifadə olunmur. Adi baş kələmlə
müqayisədə gül kələmi orqanizm tərəfindən daha asan mənimsənilir və köp
və digər pozulmalara səbəb olmur.
Gül
kələmi tərkibində çoxlu miqdarda C vitamini var. Alimlərin
araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limonla
müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə
çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını
artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.
Bundan
əlavə gül kələmin tərkibində B qrupu, A, E, D, K, U kimi çox lazımlı
vitaminlər və dəmir, kalsium, kalium, sink, fosfor, mis və s. kimi
mikroelementlər var. Belə zəngin tərkibinə görə dietoloqlar gül kələmini
\"tərəvəzlərin çempionu\" adlandırırlar.
Gül
kələmi mədə-bağırsaq sistemində müxtəlif pozulmalar olan insanlar üçün
olduqca faydalıdır. Belə ki, qastroenteroloqlar bu faydalı tərəvəzi xara
xəstəliyi və qastritdən əziyyət çəkən insanlara qəbul etmək tövsiyə
edirlər.
Gül kələmi qəbizliklə də mübarizə etməyə kömək edir, ödün ifrazını artırır, həzm prosesləri stimullaşdırır.
Gül
kələminin tərkibində nadir U vitamini var ki, bu vitamin mədə və 12
barmaq bağırsağı selikli hissəsinin bərpasına, xora və eroziyaların
sağalmasına kömək edir. Məhz bu səbəbdən xora xəstəliyindən əziyyət
çəkən insanlara bu tərəvəzi yemək və onun şirəsini içmək tövsiyə
edirlər. Gül kələmi şirəsi xoraların sağalması prosesini çox effektli
şəkildə tezləşdirir.
Bundan əlavə U vitamini immun sisteminə zərərli birləşmələrin tapılmasında və zərərləşdirməsində böyük kömək edir.
Gül
kələmi həzm sisteminin selikli qişalarını qıcıqlandırmır və bu səbəbdən
1 yaşına qədər olan körpə uşaqların ilk əlavə qidalanmasında müxtəlif
suplar və pürelərin hazırlanmasında geniş istifadə olunur.
Faydalı
xüsusiyyətlərlə yanaşı gül kələmi azkalorili məhsuldur. Bu səbəbdən
dietoloqlar arıqlamaq məqsədi ilə tutulan müxtəlif pəhrizlərə bu
tərəvəzi tez-tez əlavə edirlər.
Həkimlər
sübut edir ki, gül kələmi xərçəng əleyhinə təsirinə malikdir, xərçəng
hüceyrələrin inkişafını ləngidir, sağlam hüceyrələri qoruyur.
Gül
kələminin tərkibində olan enzimlər orqanizmi cavanlaşdırır, orqanizmə
artıq ziyanlı maddələrdən daha tez azad olunmasına kömək edirlər.
Tərkibində
olan faydalı maddələrin səbəbinə görə gül kələmi qanın tərkibini
yaxşılaşdırır, damarları möhkəmləndirir, mübadilə prosesləri
normallaşdırır.