Heyva
müxtəlif və çox dadlı kompotların, mürəbbələrin, cemlərin
hazırlanmasında geniş istifadə olunur. Həmçinin heyva çox faydalı
müalicəvi məhsuldur.
Heyvanın
tərkibində bir çox faydalı maddələr var - pektinlər, orqanik turşular,
efir yağları, dəmir, mis, B qrupu, C vitaminləri, A provitamini
(orqanizmdə A vitamininə çevrilir).
-
Heyva təbii sakitləşdirici məhsuldur. Stress, gərginlik zamanı heyva
kompotu və ya heyva şirəsi (yarıbayarı alma, kök şirəsi ilə qarışdırın)
çox yaxşı kömək edə bilər.
-
Heyva bağırsaqları yaxşı "yığır" və bu səbəbdən bağırsaq infeksiyaları,
ishal zamanı çox yaxşı kömək edir. Heyvadan belə dəmləmə hazırlamaq
olar - 1 orta ölçüdə heyvanı yaxşı yuyun, təmizləyin, blenderdən
keçirin. Kütləni kiçik termosa töküb üzərinə 1 stəkan qaynar su əlavə
edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində
için.
-
Belə dəmləmə həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını
azaldır. Bu dəmləməni xroniki tonzillit (angina) zamanı müalicəvi vasitə
kimi istifadə etmək olar (kəskinləşmə dövründə yox!). Bu dəmləmə ilə
boğazınızı qarqara edin.
-
Heyva dəmləməsi babasil zamanı da islatmalar şəklinə istifadə oluna
bilər. Pambıq parçanı bu dəmləmədə isladın və babasil düyünlərinin
üzərinə qoyun.
-
Heyva virus və iltihabəleyhinə təsirə malikdir. Soyuqdəymə və qripp
zamanı heyvadan müalicəvi çay hazırlamaq olar. Orta ölçüdə olan heyvanı
xırda doğrayın və üzərinə 1 stəkan qaynar su əlavə edib termosda 1 saat
ərzində dəmləyin. Daha sonra çayı süzün, bıcağın ucunda darçın və
zəncəfil tozu və 1 çay qaşığı bal əlavə edin. Bu çayı gün ərzində 2-3
fıncan olmaqla için.
-
Adətən heyvanı təmizləyərkən, biz onun iç hissəsini atırıq. Lakin bu iç
hissəsindən çox təsirli təbii dərman hazırlamaq olar. Heyva
toxumlarının dəmləməsi çox yaxşı iltihabəleyhinə və bəlğəmgətirici
vasitədir. 1 xörək qaşığı heyva toxumlarını 1 stəkan qaynar suda 1 saat
ərzində dəmləyin, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla
qəbul edin.
- Heyva yarpaqlarının və toxumlarının (birlikdə) dəmləməsi sidikqovucu təsir edir, ödemləri azaldır.