Üzüm qədim zamanlardan bəri ən faydalı meyvələrdən sayılır.
Ancaq
son illər aparılan araşdırmalar üzümün tumunun onun özündən daha
faydalı olduğunu ortaya çıxarıb. İlk dəfə 1947-ci ildə fransız kimyagər,
professor Cek Maskulie apardığı çoxsaylı araşdırmalardan sonra bu
qənaətə gəlib ki, üzümün tumu bir çox xəstəliyin müalicəsində istifadə
edilə bilər.
Üzüm tumunun araşdırmalar sonucunda ortaya çıxan ən faydalı xüsusiyyətlərini təqdim edirik:
Üzüm
tumu ən çox varikoz üçün yararlıdır. Bundan başqa, Fransada 100 nəfərin
iştirak etdiyi araşdırma zamanı məlum olub ki, üzüm tumu kompüter
qarşısında çox vaxt keçirən insanlarda yaranan göz problemlərinin
qarşısını alır. Tərkibindəki maddələr sayəsində yüksək təzyiqdən əziyyət
çəkənlərə də kömək edir. Gündə bir ovuc üzümü tumları ilə birgə
yeyənlərdə təzyiq sabit qalır. O, damarları təmizləyir və hüceyrələri
yeniləyir. Həkimlər 30 yaşdan sonra hər bir insanın gündə yarım çay
qaşığı üzüm tumunu çeynəyərək udmasını tövsiyə edirlər. Beləliklə, həm
bir sıra xəstəliklərdən müdafiə olunmaq, həm də gənc qalmaq mümkündür.
Üzüm tumunun yağı təbii ağrıkəsici hesab edilir. Ağrıyan bölgəni bu yağla masaj etmək yaxşı effekt verir.
Sonda
onu da qeyd edək ki, üzümün qlisemik indeksi yüksəkdir. Buna görə də,
şəkər xəstələri və pəhriz saxlayanlar üzüm yeyərkən diqqətli olmalı, 1
ovucdan artıq yeməməyə çalışmalıdırlar.