Bitkilər müalicə edir

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 2 865
Səs ver:
(səs: 0)
Çiyələk.
Ateroskleroz:

Çiyələyin qurudulmuş yarpaqlarından 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su töküb, 10 dəqiqə dəmləyirlər. 2 saat saxladıqdan sonra süzürlər. Gündə 3-4 dəfə 1 xörək qaşıgı qəbul edirlər. Həlimini də aşağıdakı qaydada qəbul etmək olar: 1 xörək qaışığı xırdalanmış yarpaqların üzərinə 1 stəkan qaynar su tökürlər, ondan( səhər-axşam, hər dəfə 1 stəkan ) yüksək qan təzyiqlərində, ateroskerozda və bronxial astmada qəbul edirlər.

Jenşen
Şişlər:

40-50 qr jenşen bitkisinin kökü üzərinə qaynadılmış soyuq, şirın su töküb, 4-5 saat ərzində bu suyun içərisində saxlayırlar, sonra sudan çıxararaq xırdalayırlar. 1\2 litr 40%-li spirtə tökərək 17-20 gün qaranlıq yerdə saxlayırlar. Ondan gündə 1 dəfə 1 xörək qaşığı miqdarında yeməyə 30 dəqiqə qalmış ( ardınca su içməmək şərti ilə) qəbul edirlər.Müalicə kursu arada 2-10 gün fasilələr olmaqla 90 gündür. Təkrar kurs 1 ildən sonra başlana bilər.

Kərəviz
Duzlaşma:

Təzə sıxılmış kərəvizin şirəsindən 1-2 çay qaşığı, gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq içirlər. Bu müalicə həzmi asanlaşdırır, bronxit və duzlaşmanı da aradan qaldırır.
Pielonefrit:
1 xörək qaşığı kərəviz toxumu üzərinə 2 stəkan soyuq qaynanmış su tökərək, 2 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə 1 xörək qaşığı içirlər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri