Oreqano nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 5 330
Səs ver:
(səs: 0)
Qaraqınıq, yəni oreqano modern ədviyyat və ətirli otlar dünyasında hər gün yerini biraz daha bərkidir. Xüsusilə, Aralıq dənizi bölgəsinin yeməklərində istifadə olunan bu ot kəklikotu ilə eyni ailədəndir. Dadları da bənzəyir. Oreqano – ən sevdiklərimdəndir, eyni zamanda çox sevdiyim italyan otları qarışığının ən vacib hissələrindəndir, makaronu çox sevirəm və oreqanosuz təsəvvür edə bilmirəm. Yunan və Siciliya mətbəxinin vazkeçilməzlərindəndir. Eyni zamanda Mərakeş və Orta Asiyada çox sevilir. Mərakeşdə isti südə ətirləndirici kimi oregano əlavə edirlər, bu içki orda lokal kafelərdə servis olunur. İkinci dünya müharibəsində Şimali Amerikanlar ona Avropada rast gəlib, özləri ilə Amerikaya aparmışlar, beləliklə, qısa vaxt ərzində orda da yayılmışdır. Oreqano onun dünyada bilinən adıdır, daha doğrusu yunan oreqanosu (Kuba və Latın Amerika oreqanosu təmamilə fərqlidir) Azərbaycancası qaraqınıq, ruscası dushisa, türkcəsi yabanı mercanköşk, farekulağı, İzmir kekiği ve ya kekikdir. Təzəsini heç görməsəm də, deyilənə görə qurusu təzəsinə görə daha ətirlidir.

İstifadə olunma şəkli
Qurudulmuş halı (həm yarpaqlarının, həm də çiçəklərinin) oxuduqlarıma görə daha konsentrə olduğu üçün dadı da kəskindir, ona görə daha çox bu halı məsləhət görülür.

Yaraşdığı qidalar
Oreqano universaldır desəm yalan olmaz. Yaraşmadığı yemək nə ola bilər deyə düşündüyümdə tapa bilmirəm, dadındakı isti notlar bütün yeməklərə sanki məcazi şirinlik qatır, kəklikotu ilə bənzərdir, amma kəklikotunun dadındakı kəskin notlar oreqanoda yoxdur. Pomidorlar olan bütün yeməkləri çox uğurludur, eyni zamanda quzu, dana, toyuq və başqa quşlara da yaraşır. Hətta qayğanaqla belə çox gözəl olur. Balıqlardan sobada bişirilənlərinə, çipura, levrək, mahimahiylə çox qəşənğ olur. Xarici ölkələrdə pizza və ya makaron süfrəyə parmezanla bir yerdə oreqano ilə servis olunur. Klassik istifadə olunduğu yerlər pizza, marinara sousudur (resepti bu linkdədir). Orta Asiya mətbəxinin nazik çörəklərinin üzəri üçün, quzu ətli piroqlar və kökələr üçün idealdır. Yunan kababları (şiş kabab), tərəvəz qızartmalarına çox yaraşır, reyhanın yaraşdığı hər yeməkdə rahatlıqla sınaya bilərsiz. Reyhanla ikili şəklində isə daha da mükəmməl dad əmələ gəlir.

Fərqli fikirlər
Qara zeytunu əzin, feta pendiri və ya ağ pendir, zeytun yağı və oreqano qatıb penne makarona əlavə edin və ya azca qızarmış çörəyin üstündə brusçetta kimi yeyə bilərsiniz. Hər iki halda çox dadlıdır.
Mənim çox sevdiyim istifadə yerlərindən biri azacıq qızardılmış badımcan parçaları, pomidorlu sous (marinara ola bilər) + makaron + bolca qaraqınıq + azacıq parmezan və ya başqa sevdiyiniz pendirdən hazırlanan siciliya üsulu yeməkdir. Bu vegetarian yeməyi evdə hamımız sevirik.

Sağlamlığa faydaları
Qaraqınıq antifunqal, iltihabeləyhinə funksiyaları ilə çox məşhurdur, bu səbəbdən hətta dərman kimi apteklərdə də satılır.

Başqa ədviyyat və ətirli otlarla birgə istifadəsi
İtalyan otlarının və Orta Asiyanın zaa’tar adlandığı qarışımın mühüm hissələrdəndir. Hər iki qarışımın reseptini yaxın zamanda bloqda paylaşmağı düşünürəm.

Hardan almaq olar?
Son zamanlar digər ədviyyatlarla bağlı sıxıntılar olsalar da, qaraqınıq rus markalarında duşisa və ya oreqano adı ilə, kekik adı ilə türk markalarında, Oregano adı ilə Port Bazarda alman markasında rahatlıqla tapılır. Rus markası Lavkanı Spar marketlərdən alıram. Bağdat və başqa türk markaları Kekik adında bir çox marketdə satılır. Bir də əvvəllər istifadə etdiyim üsulu deyə bilərəm. Aptekdən qaraqınıq adı ilə alırdım, sonra içinin çöplərini təmizləyirdim (zəhlətökən işdir, amma dəyir buna) və istifadə edirdim. Beləcə, böyük paket qaraqınıq çox ucuz başa gəlir, həm də paketdəki eyni zamanlarda çiçəkləri də olduğu üçün çox daha ətirli olur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri