Günə 2 mixək çeynəməyin faydası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 6 282
Səs ver:
(səs: 0)
Orta əsrlərdə təbiblər şahlara, imperator və ətrafına günə 1-2 mixək çeynəməyi məsləhət görərdilər.

Mixək bahalı və uzaq ellərdən çətinliklə gələn ədviyyat olduğu üçün onu yalnız rəhbər insanlar əldə edə bilirdi. Fəqir təbəqə mixəyə, istiota həsrət idi.

İndi mixək hamı üçün əlçatan olduğu üçün siz də günə 1-2 mixək çeynəməyə vərdiş edin.

Qadinla.com bildirir ki, mixəyin tərkibində olan beta karotin, B qrupu, C, E vitaminləri, Omeqa 3 və Omeqa 6 yağlı turşular, efir yağları, müxtəlif minerallar, qlikozidlər onun müalicəvi əhəmiyyətini artırır.

1. Angina, stomatit, faringit kimi ağız boşluğu, boğaz xəstəliklərini sağaldır, qarşısını alır.

2. Bağırsaqları qurdlardan təmizləyir, mikrob və göbələkləri öldürür

Yeməkdən 1 saat əvvəl mixək çeynəmək parazit, mikrob və qurdları öldürür.

Mixək hətta stafilokokk və vərəm çöplərinə də qalib gələ bilir.

3. Həzmi yaxşılaşdırmaq üçün

Mədə və 12 barmaq bağırsağı xorası zamanı mixək olmaz. Amma həzm problemləri, köpü olan insanlar gün ərzində 1-2 mixək çeynəsinlər. Həm də mixək arıqlamağa kömək edəcək.

4. Aşağı təzyiqi qaldırır

Qəhvədən daha yaxşı təsir göstərir. Baş ağrısı, baş gicəllənmə, yorğunluğu götürür. Hipertoniya (yüksək təzyiq) zamanı mixəyi qəbul etmək olmaz.

5. Xərçəngin qarşısını alır

Mixəkdə olan evgenol adlı maddə şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. Bu barədə elmi araşdırmalar var. Əgər kimsə xərçəngdən qorxursa, genetikasında bu xəstəlik varsa, profilaktika üçün mixək çeynəsə yaxşı olar.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri