Soyuqdəymədən qorunmaq üçün 7 SADƏ MƏSLƏHƏT

Müəllif: diablo
Şərhlər: 3
Baxılıb: 275
Səs ver:
(səs: 0)
Payız başlayanda soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır.

Bunun qarşısını almaq tam mümkün olmasa da infeksiyaların riskini azaltmaq üçün bəzi çox sadə məsləhətlərə əməl etmək lazımdır.

1. Burnunuzu isti saxlayın

Soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün ayaqları istidə saxlamaq lazımdır. Bunu hamı bilir. Lakin həkimlər ayaqlardan əlavə burnu da isti saxlamağı tövsiyə edirlər. Burun virus və infeksiyalar üçün əsas “giriş qapı”dır. Burun soyuyanda onun qan dövranı zəifləyir və selikli qişalara daha az sayda immun hüceyrələri çatır. Nəticədə virus və infeksiyaların riski də artır. Bu səbəbdən burnunuz donursa onu şərflə bağlayın.

2. Paltarları isti suda yuyun

Qadınla.Com bildirir ki, soyuq fəsillərdə paltarları 40 C aşağı suda yumaq tövsiyə edilmir. İsti su paltarların üzərinə düşən mikrobları öldürür. Soyuq suda bu prosess daha zəif gedir.

3. Şirniyyatları azaldın

Şəkər immun sisteminin ilk düşmənidir. Şəkər immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir. Bu səbəbdən mütəxəssislər soyuq fəsillərdə şirniyyatları meyvə quruları və çərəzlərlə əvəz etməyi tövsiyə edirlər.

4. Daha çox yatın

Yuxu güclü immunitet üçün çox vacibdir. Məhz yuxu zamanı bizim immun sistemimiz fəal şəkildə işləyir. İmmuniteti gücləndirmək üçün 8 saatdan az yatmayın.

5. Əl və üzünüzü daha tez-tez yuyun

Su və adi sabun ən yaxşı profilaktik vasitələrdir. Çöldən evə qayıdandan sonra əl və üzünüzü sabunla yaxşı yuyun. Ağzınızı adi su ilə qarqara edin. Bəzi mütəxəssislər burun və ağız boşluğunu duzlu su ilə yumağı tövsiyə edirlər.

6. Evinizin havasını tez-tez dəyişin, bütün səthləri hər gün nəm əsgi ilə silin

Təmiz hava mikrob, virus və infeksiyaların düşmənidir.  

Soyuq fəsillərdə istilik sistemləri qoşulur və bu da evin havasının qurumasına səbəb olur. Burun və boğazın selikli qişaları belə vəziyyətdə quruyur və bizi infeksiya və viruslardan qoruya bilmir. Selikli qişalar nəm olmalıdır.  Bu səbəbdən evin havasını nəmləndirmək çox vacibdir.

7. D vitamininin qəbulunu artırır

Məhz D vitamini immun sisteminin əsas dostudur (C deyil!).  D vitamini immmu sisteminin fəaliyyətini stimullaşdırır. Bu vitaminin əskikliyi immuniteti zəiflədir.

Əsas mənbələr: balıq, yumurta, kərə yağı, süd məhsulları. 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 275
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
LuNa
Neyi desenizde mene şirniyyatı demeyin , cünki men şirniyyatsız dayana bilmerem
5 oktyabr 2019 12:11
3
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️
Offline
kivircik
Imunnitetin guclu olmasi uchun en esasi soyuq aylarda sogan sarimsaq yemekdi. Chox teessuf ki, men yeye bilmirem. Ona gore de hava deyishilen kimi mutleq qripi birinci men eve getirirem
5 oktyabr 2019 10:35
2
Offline
BARBI
Dogru qeyd edilib.Esasi imunitetimizin guclu olmasidir.
5 oktyabr 2019 08:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri