Təbabətdə ürək vurğularının seyrəkləşməsi ilə müşayiət olunan ritm pozulmaları sinus bradikardiyası adlanır.
Sinus
düyünü yuxarı və aşağı boş venaların birləşərək sağ qulaqcığa açıldığı
yerdə yerləşir. Ürək ritminin aparıcısı olan sinus düyününün
avtomatizminin zəifləməsi ürək vurğularının sayının 30-50-yə qədər
azalmasına, başqa sözlə desək, sinus bradikardiyasına aparıb çıxarır.
Səbəbləri
Sinus
bradikardiyasına nikotin və qurğuşunla zəhərlənmə, orqanizmə soyuğun
təsiri, meningit, beyin şişi və ya ödemi səbəbindən kəllədaxili təzyiqin
artması, ürək əzələsinin və sinus düyününün sklerozu, parasimpatik
sinir sisteminin tonusunun yüksək olması, aclıq, sarılıq, qalxanvari
vəzin funksiyasının zəifləməsi, xinidin və digitalis preparatlarının
təsiri səbəb olur. Xəstəlik fizioloji olaraq peşəkar idmançılarda da
müşahidə edilir.
Əlamətləri
Bəzi hallarda sinus
ritminin pozulması yüngül olur və heç bir əlamətlə özünü büruzə vermir.
Bir qədər ağır hallarda sinus bradikardiyası başgicəllənməsi, soyuq tər
basması, ümumi zəiflik, ürəyin dayanması hissiyyatı və bayılma
əlamətləri ilə üzə çıxır. Onun əsas səbəbi beynin və ümumilikdə
orqanizmin oksigen aclığıdır.
Sinus bradikardiyasının diaqnozu EKQ müayinəsində P-Q və ya T-P intervallarının uzanması ilə qoyulur.
Təhlükə
Ürək
vurğularının sayının nəzərəçarpmayacaq dərəcədə azalması xəstənin
həyatı üçün xüsusi təhlükə törətmir. Lakin həmin dəyişikliklər digər
orqanların patologiyası barədə xəbər verə bilər. Sinus ritminin
ləngiməsi ağır formada müşahidə olunanda ən təhlükəli məqam xəstənin
bayılmasıdır, çünki bayılma zamanı ürəyin spontan dayanma ehtimalı
yüksək olur. Həmin vəziyyətdə olan xəstənin müalicəsi bədənə
implantasiya edilən və ürəyin düzgün ritmlə döyünməsini təmin edən
elektrokardiostimulyatorlar vasitəsilə aparılır.
Xalq təbabəti reseptləri
- Ciçək tozu, arı südü, dəniz yosunu, balıq, zeytun və Fitooil Zəyərək (kətan) yağı qəbul etmək tövsiyə olunur.
- Qozla küncüt yağı qarışığı
500
qram qoz ətçəkən maşınından keçirilir, üzərinə 250 ml Fitooil Küncüt
yağı və 250 qram şəkər tozu əlavə edilərək qarışdırılır. Başqa bir qabda
xırdalanmış 4 ədəd limonun üzərinə yarım litr qaynar su tökülür, bir
qədər soyuduqdan sonra qozlu qarışıqla qarışdırılır, gündə 3 dəfə
yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir. Müalicə uzun
müddət aparıla bilər.
- Boymadərənlə müalicə
1
xörək qaşığı qurudulmuş boymadərən otu 200 ml suda 15 dəqiqə vam ocaqda
qaynadılır. Ocaqdan götürüldükdən sonra 1 saat dəmlənir, gündə 3 dəfə
1-2 xörək qaşığı qəbul edilir.
- Alkoqolsuz şərab
Yarım
litr qırmızı şərab emallı qabda 10 dəqiqə qaynadılanda tərkibində olan
alkoqol buxarlanır. 50 qram bostan şüyüdünün meyvəsi onun içərisinə
əlavə olunur və daha 10 dəqiqə qaynadılır. Soyuyana qədər dəmləndikdən
sonra şüşə bankaya tökülərək soyuducuya qoyulur. Gündə 3 dəfə yeməkdən
yarım saat əvvəl 1 xörək qaşığı ilıq şəkildə qəbul edilir. Müalicə 2
həftə aparıldıqdan sonra 10 gün fasilə verilir və kurs təkrar olunur.
- Qədim Tibet üsulu
10
ədəd limon üzərinə qaynar su tökülür, 1 dəqiqə saxladıqdan sonra su
süzülür və limonların şirəsi sıxılır. 10 baş sarımsaq qabıqdan
təmizlənir, əzilərək sıyıq halına salınır. Sarımsaq limon şirəsi və 1
litr təbii balla qarışdırılır, 3 litrlik şüşə bankaya tökülərək sərin və
qaranlıq yerə qoyulur. Qarışığı soyuducuda saxlamaq olmaz. Hər gün
çalxalamaq şərti ilə 10 gün dəmlənir və gündə 1 dəfə səhər acqarına 4
çay qaşığı qəbul edilir. Qarışığı dilin üzərində saxlayıb yavaş-yavaş
sormaq daha faydalıdır. Müalicə qarışıq bitənə qədər - təxminən 3 ay
aparılır və 1 ildən sonra təkrar edilir.
- Küknar cövhəri
Küknarın
təzə budaqlarının uc hissələrindən 70 qramı şüşə bankaya tökülür,
üzərinə 300 qram 40 faizli spirt əlavə olunur, ağzı bağlanır və 10 gün
günəş şüalarının altında dəmlənir. Alınan cövhər gündə 3 dəfə yeməkdən
20 dəqiqə əvvəl 15-20 damcı qəbul olunur.
- Şəfa mənbəyi
Gündə 2 dəfə səhər və günorta 2 xörək qaşığı bitki ekstraktları və meyvə şirələri əsasında Şəfa vitamin qəbul olunur.
- Yemişan cövhəri
12
qram qurudulmuş yemişan meyvəsi üzərunə 100 ml 96 faizli spirt əlavə
olunur, ağzı kip bağlanır və 10 gün dəmlənir. Hazır cövhər 1 xörək
qaşığı suda 10 damcı həll edilərək gündə 3 dəfə qəbul edilir. Bir çox
hallarda yemişan cövhəri ilə pişikotu cövhərini yarıbayarı qarışdırmaq
tövsiyə olunur. Qarışıq cövhər axşam yatmazdan qabaq 30 damcı miqdarında
qəbul edilir.
- Təzə damotu şirəsi
Təzə damotu
yığılır, ilıq su ilə yaxşı yuyulur, şirəsi sıxılır, 1 xörək qaşığı suda
30-40 damcı həll edilərək qəbul edilir. Qurudulmuş damotudan 1 xörək
qaşığı 1 stəkan suya əlavə etməklə dəmləmə hazırlanır, gün ərzində iki
dəfəyə içilir.