Banan qabığının ağla gəlməyən 7 faydası

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 544
Paylaş:
Səs ver:
(səs: 0)
Vitaminlərlə zəngin olan bananı yeyəndən sonra onun qabığını zibil qutusuna atmamaq məsləhət görülür. Çünki lazımsız bildiyimiz banan qabığının faydalılıq əmsalı çox yüksəkdir.
Bu faydalardan yeddisini təqdim edirik:
1. Dişləri ağardır: Stomotoloqların da dediyinə görə, banan qabığının ağardıcı effekti bahalı diş məcunlarından heç də geri qalmır. Banan qabığını sürüşkən iç hissəsini hər səhər dişlərinizə sürtmək sizə ağ dişlər bəxş edəcək.
2. Sızanaqları aradan qaldırır: Hər axşam yatmazdan qabaq üzdəki qızartı olan nöqtələri banan qabığı ilə ovuşdurub səhərə qədər gözləmək lazımdır. Səhər üz qızartılarının azaldığını görəcəksiniz.
3. Qırışları azaldır: Sızanaqlar üçün tətbiq olunan qaydanı qırışlara qarşı da etmək lazımdır. Hər axşam yatmazdan qabaq iki banan qabığı ilə gözün altını, dodaqların ətrafını ovuşdurmaq ən azından yeni qırışların yaranmasının qarşısını alacaq.
4. Ziyilləri müalicə edir: Əvvəlcə ziyil olan yeri banan qabığı ilə ovmaq lazımdır. Daha sonra həmin ziyilin üzərinə bir parça banan qabığı qoyub bintlə sarımaq lazımdır. Xeyrini tezliklə görmək olar.
5. Yanıq göynərtilərini sakitləşdirir: Bədəndə yanıq yerini əvvəlcə çətin də olsa soyuq və təmiz su ilə yaxalayandan sonra banan qabığının ətli ağ tərəfi ilə örtmək lazımdır. Daha sonra həmin banan qabığını bintlə sarımaq vacibdir. Yanıq göynərtiləri sakit olmaqla bərabər, həm də yanıq yerindəki qaşıntı da öləzimiş olur.
6. Gümüş, dəri və metal əşyaları parıldadır: Banan qabığı xüsusi ilə də gümüş həvəskarlarının sevimli köməkçisi olmalıdır. Bananı soyandan sonra gümüş əşyaları, dəri kresloları və mətbəx əşyalarını çox gözəl şəkildə parıldatmaq olar.
7. Ayaqqabıları təmizləyir və parıldadır: Ayaqqabı boyalarının tərkibində olan təmizləyici və parıldadıcı maddələr banan qabığının tərkibində də var. Odur ki, ayaqqabıları təmiz görmək istəyirsinizsə banan qabığından yararlana bilərsiniz.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 544
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv