Qreyfurt: Suyunda çox miqdarda antioksidan var. Damarları gücləndirir,ürəyə çox faydalıdır. A, C və E vitaminlərilə zəngindir.
Armud: A, B1, B2, B3,B6 və C vitaminləri ilə zəngin olan Armud mədəni rahatladır,həzmi normallaşdırır. Əlavə olaraq yüksək təzyiqi aşağı endirən armud, qanın təmizlənməsində də əvəzsiz vasitələrdəndir. Böyrəklərə çox xeyirlidir.
Alma: Almanın bir çox faydaları var. Baş ağrısına kömək edir. Qan şəkərini endirir. Ən əsası digər meyvələrə nisbətən ucuzdur və çox gözəl dadı var.
Banan: Qəlb xəstəliklərinin dərmanıdır. Sinir sisteminin normal fəaliyyətinə kömək edir. Yatmamışdan öncə yeyərkən, rahat bir yuxu gətirir.Yorğunluğa qarşı da xeyirli olan bananın beyin üçün də faydalıdır.
Kivi: Gündə bir dənəsi insanın günlük C vitamini ilə təmin olunmasına kifayət edir. C vitamini ilə yanaşı A, B1, B2 vitaminləri, fosfor,kalsium,dəmir və protein ilədə zəngindir.
Portağal: Qış aylarında ən çox istifadə olunan meyvələrdən olan portağal C vitamini ilə zəngindir. Mədə-bağırsaq orqanlarına xeyirlidir.Tərkibində A, B1, B2, vitaminləri, kalsium və maqneziumda var.