Qadınların belini incəldən giləmeyvənin faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 692
Səs ver:
(səs: 0)
Qoci giləmeyvəsi bütün dünyada ən qiymətli dərman bitkilərindən biri hesab edilir. Onun tərkibi kalsium, sink, dəmir, fosfor, qidalandırıcı maddələr, vitaminlər və digər faydalı komponentlərlə zəngindir. Tibet və Himalayın dağlıq ərazilərində yetişən bu giləmeyvə möcüzə yaratmağa qadirdir.

Bu bitkinin müalicəvi xüsusiyyətləri haqqında yorulmadan danışmaq olar.

Bu giləmeyvədən müntəzəm istifadə edildikdə arıqlama prosesinə təsiri inanılmaz dərəcədə yüksək olur. Çünki bu giləmeyvə maddələr mübadiləsini, qan dövranının yaxşılaşdırır, qanda zərərli xolesterinin səviyyəsinin endirir. Qanda şəkərin səviyyəsini normada saxlayır.

Bundan başqa, müntəzəm istifadə edildikdə metabolizma prosesini yaxşılaşdırır. Tərkibindəki antioksidantlar isə piy hüceyrələrinin dağılmasını sürətləndirir və orqanizmi qüvvə və enerji ilə təmin edir. Bunun sayəsində insan daha dözümlü olur. Məhz bu baxımdan idmanla məşğul insanların bu giləmeyvədən müntəzəm istifadə etməsi tövsiyə olunur.

Elmi tədqiqatlar nəticəsində məlum olub ki, giləmeyvənin tərkibindəkı antioksidantların kütləsi həddindən ziyadə çoxdur. Bu da arıqlama prosesinə güclü təsir edir. Müqayisə üçün qeyd edək ki, qocinin tərkibində antioksidantlar qaragiləyə nisbətən 25 faiz, qəni 2,5 dəfə çoxdur. Çiyələk və mərsin isə qocidən 10 dəfə geri qalır.

Müntəzəm istifadə edildikdə qocinin arıqlamaya təsiri inanılmazdır. Unutmayın ki, qocinin rasiona daxil edənlər nəinki incə belə, gözəl bədən quruluşuna sahib olurlar, həm də daxili orqanların funksiyalarını yaxşılaşdırırlar ki, bununla da sağlam və parıltılı dəriləri ilə öyünə bilirlər.

Diyetoloqlar gün ərzində rasioana 20-30 qram bu giləmeyvədən daxil etməyi tövsiyə edir. Türşməzə dadı olan gilmeyvə saqqız kimidir. Teksturasına görə üzümə bənzəyir. Onu müxtəlif xörəklərə, meyvə salatlarına, suplara, düyüyə, çaya əlavə etmək olar. Qocinin yeməkdən zövq alacağınıza əmin olun!

Diyetoloqlar tərkibində qoci olan pəhrizlər də tərtib ediblər və tövsiyə edirlər ki, arıqlamaq istəyənlər məhz sistemli pəhrizlərdən istifadə etsinlər.

Qoci üçün yaş və cins məhdudiyyəti yoxdur. Ən əsası onun allergiyaya səbəb olması ilə bağlı heç bir məlumat yoxdur. Yalnız süd verən analara, hamilə qadınlara və bədən temperaturu 38 dərəcədən yüksək olanlara əks göstərişdir.

Onu da qeyd edək ki, giləmeyvə Azərbaycandan çox uzaqlarda yetişdirilsə də, ölkəmizə idxal olunur. Amma qiyməti bahadır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri