Tez-tez kələm yesəniz, heç vaxt qocalmazsınız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 855
Səs ver:
(səs: 0)
”Tez-tez kələm yesəniz, heç vaxt qocalmazsınız” məsəli boş yerə yaranmayıb.

Ağ kələm əsl vitamin, mikroelement xəzinəsidir və onu müalicə vasitəsi kimi tam şəkildə istifadə etmək olar. Tərkibində istənilən qədər faydalı maddələr, şəkər, zülallar,yağlar, seliloza, fermentlər, bir çox mikroelementlər kompleksi (məsələn, ürək əzələsinin qidalanmasında böyük rolu olan çoxlu kali), üzvü turşular və fitonsidlər, mineral duzlar, baktersid təsirli lizozim, həmçinin qeyri adi miqdarda çoxlu vitamilər—vitamin C (limon və apelsinin tərkibindəkindən çox), P, B1, B2, B3,K, B..., yara xəstəliyinə qarşı vitamin U vardır.

O, mədənin selikli qişasının müqavimətini artırır, yara artıq əmələ gəlibsə, toxumaların regenerassiyasını və sağalmanın tezləşməsini sürətləndirir. Bundan başqa vitamin U bir çox dəri xəstəlıklərində ekzemada, psoriazda, neyrodermitdə qeyri adi dərəcədə effektlidir. Kali duzlarının yüksək miqdarına görə kələm böyrək xəstəliklərində faydalıdır. Aterosklerozdan əziyyət çəkənlərə pektin birləşmələri lazımdır ki, onlar da kələmdə vardır. Onlar xolesterini xaric etməyə kömək edir. 

Öd kisəsinin xəstəliklərində kələm şirəsi ödün sekressiyasını gücləndirir. Bundan başqa şirə qara ciyərə, həmçinin hepatitlərin bütün tiplərində yaxşı təsir göstərir. Mədə-bağırsaq sisteminin xəstəliklərində müntəzəm olaraq yarım stəkan (ilıqhalda), yeməkdən qabaq kələm şirəsi içmək məsləhətdir: ağrılar, ürək bulanma, qıcqırma, qusma şəfalı içkinin təsirindən azalacaq. Nəhayət, kələm arıqlamaq üçün əvəzedilməz vasitədir. Onun yarpaqlarında karbohidratların yağa çevrilməsinə mane olan tartron turşusu vardır. Bundan başqa o yağın qarın nahiyəsindən, buddan, həmçinin toplandığı digər yerlərdən artığının çıxmasını stimullaşdırır.

Kələm suyu içmək qan təzyiqini aşağı salır.

Kələm suyu içmək yaxud kələmi pörtlənmiş halda yemək bədəndəki duzları əridir.

Lakin kələmin bu qədər faydalı tərkibi olmasına baxmayaraq, zob xəsətlərinə çox yemək məsləhət deyil.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri