Bitkilər - min bir dərdin dərmanı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 394
Səs ver:
(səs: 0)
Əziz xanımlarımız, Azərbaycanın təbiəti saysız-hesabsız gül-çiçək, müxtəlif otlar yetirir ki, bunlar hə də müalicəvi təsirlərə malikdir. Əgər siz bu ot və çiçəklərin dilini bilsəniz, hər birinə diqqətlə yanaşarsınız. Mən də bu və gələcəkdə yazacağım digər yazılarla sizi həmin ot və çiçəklərlə tanış edəcəyəm. 

Kahı
İmam Sadiq (ə): "Kahı yeyin. Kahı qanı təmizləyir”.
Məhəmməd Peyğəmbər (s.a.s): "Kahı yeyin. Kahı yeməyi həzm etməyə kömək edir və yuxusuzluğu aradan qaldırır”.

Kəvər
İmam Məhəmməd Baqir (ə): "Kəvərdə dörd xüsusiyyət var: mədə yelini qovar, ağız qoxusunu təmizləyər, babasili sağaldar və hər gün kəvər yemək insanı cüzamdan qoruyar”.
İmam Kazımin (ə) qohumlarından bir cavan oğlan xəstələnmişdi. İmam onu yoluxmağa getdi və xəstəliyi ilə maraqlandı. Dedilər ki, dalağı ağrıyır. İmam buyurdu ki, ona üç gün ərzində kəvər yedizdirsinlər. Xəstəyə İmamın buyurduğu kimi üç gün kəvər yedizdirdilər, xəstəliyi sağaldı.

Reyhan
İmam Kazım (ə) həmişə süfrəyə reyhan gətirilməsini tələb edər və buyurardı: "Mən yeməyə reyhanla başlamağı xoşlayıram. Çünki reyhan damarları genişləndirir, iştahanı artırır, vərəmı sağaldır".

Soğan və sarımsaq
İmam Sadiq (ə): "Soğan ağızdakı pis qoxunu aparır, beli möhkəmlədir, dərini yumşaldıb zərifləşdirir”.
Məhəmməd Peyğəmbər (s.a.s): "Hansı şəhərə daxil olsanız, oranın soğanından yeyin. Bu, həmin şəhərə məxsus olan xəstəliklərdən sizi qoruyar”.

İmam Rza (ə): "Bahar fəslində soğan, sarımsaq və turşu yeməkdən çəkinin”.
Məhəmməd Peyğəmbər (s): "Sarımsaqda yetmiş xəstəliyin şəfası var”.

Nanə bitkisinin faydalari.
Həzmi asanlaşdırır

İştahanı açır.

Sidikqovucu və qazqovucudur.

Qaraciyər xəstəliklərinə qarşı faydalıdır.

Öd ifrazını nizamlayır.

Öddaşı əmələ gəlməsinin qarşısını alır.

Mədə-bağırsaq problemlərini aradan qaldırır.

Tənəffüsü asanlaşdırır.

Stresə qarşı faydalıdır.

Sinirləri sakitləşdirir.

Ana südünü artırır.

Yuxusuzluğu aradan qaldırır.

Antiseptik təsirə malikdir.

İshala qarşı faydalıdır.

Temperaturu aşağı salır.

Yorğunluğu (xüsusilə də,beyin yorğunluğunu) aradan qaldırır

Spazma ehtimalını azaldır.

Baş gicəllənməsinin qarşısını alır.

Ürək-damar sisteminin fəaliyyətini nizamlayır.
Öskürəyi kəsir.

Bəlğəmgətirici təsirə malikdir.

Bağırsaq qurdlarını salır.

Mədə bulanmasının qarşısını alır.

Qripə qarşı faydalıdır.

Ağızdakı pis qohunu aradan qaldırır.

Astma və bronxit kimi xəstəliklərin müalicəsinə kömək edir.

Dəri üçün ən yaxşı dərmandır.

Baş və diş ağrısını aradan qaldırır.

Həyəcana və qorxuya qarşı faydalıdır...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri