Limonlu çuğundur suyunun faydaları

Müəllif: guler19
Şərhlər: 8
Baxılıb: 829
Paylaş:
Səs ver:
(səs: 1)
Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var. Məsələn, ölkəmizdə becərilən çuğundurun köklərində 13-22 % şəkər olur. Yarpaqlarındakı rəngləyici boyaq maddəsindən şərab sənayesində istifadə edilir. Bundan başqa, yarpaqlarında C, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilib. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən beta-karotinlə daha zəngindir. 

Son vaxtlar elmi təbabətdə çuğundurun təzə yığılmış köklərindən press altında sıxmaqla şirə alıb, xərçəng xəstəliyinin müalicəsində istifadə edilir. 

Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində də çox faydalıdır. 

Çuğundur qan artıran bitkidir. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha xeyirli olar. Çuğundurun yarpağının suyu və özü bəlğəmin dərmanıdır. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızılyel üçün, xam yarpağının təpitmə halında qoyulması oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə təpitməsi şişləri yumşaldır. 

Qaraciyəri təmizləyən çuğundur detoksu 

Çuğundur həm də qaraciyəri təmizləyən faydalı bitkidir. Çuğundur detoksu bədəni toksinlərdən təmizləyir. 

Çuğundur ödün qatılığını azaldır və qaraciyərin daha yaxşı işləməsini təmin edir. Nanə isə ödün on iki barmaq bağırsağa çatmasını sürətləndirir və bunun sayəsində qaraciyəri canlandırır. 

Ərzaqlar: 

1 ədəd çuğundur 

1/4 stəkan təzə nanə yarpağı 

Yarım limonun suyu 

1-2 litr təzə içməli su 

Hazırlanması: 

Çuğunduru yaxşıca yuyun və dilimləyin. Suyun içərisinə atın və suyunun çıxmasını gözləyin. Daha sonra nanə yarpağı və limon suyunu çuğundurlu suya əlavə edin. 

İçməzdən əvvəl soyuducuda 12-24 saat saxlayın. Bu qarışıq 4 gün soyuducuda xarab olmadan qala bilər. İçinə buz kubları ataraq da içə bilərsiniz.

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 829
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
cuqundur hele tek ozunun suyu cox xeyirlidir butun orqanizmaycin
2 aprel 2016 13:26
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
qanadli melek
Cugundurun faydalarini bilirdim bu resepti hec beyenmedim
2 aprel 2016 11:23
7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
mawa1
Cugundur faydalidir ama nedense yiye bilmirem onu
2 aprel 2016 10:38
6
Offline
Tomris Müslümova
Çuğundurun belə aryıca faydalarını bilirdim.Eşitmişdim ki,organizmə çox faydalıdır.Ancaq bu resepti ilk dəfədri oxudum.
2 aprel 2016 10:11
5
Sən sadəcə mənimsən...!
Offline
Totu
Faydali xeberdi tsk
2 aprel 2016 09:21
4
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
NURANE
Cugundurun qani artirdiqin bilirdim
cox faudalidi
2 aprel 2016 09:00
3
1) Ağıllı insanlar başqalarının təcrübələrindən yararlanarlar,inadçı insanlarsa hər şeyi özləri etmək istəyərlər.(John Lubbock)
Offline
Fi-Ra
Çuğunduru çiy yeyirəm. Sürtgəcdən keçirib alma iıə birlikdə yeyirəm. Suyunu heç içməmişəm.
2 aprel 2016 08:51
2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
BARBI
Cugundur ve limonu bir arada icmemisem. Cox faydali siredir. Qan artirir
2 aprel 2016 08:50
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv