Babasilin, qәbizliyin, xәrçәngin qarşısını alan ucuz tәbii vasitә

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 3 067
Səs ver:
(səs: 3)
Müasir insanlar qidanın dadına vә xarici görünüşünә xüsusi diqqәt yetirir. Lakin bir çox dadlı yemәklәr insan orqanizmi üçün heç dә faydalı deyil.Әksinә isә "tullantı" kimi qәbul etdiyimiz bәzi mәhsullar orqanizm üçün әsl dәrmandır.
 
Yarmalardan (buğa, arpa vә s.) un hazırlandıqda yarmalar xüsusi emaldan keçir vә bütün "lazım olmayan" qişalardan, rüşeymlәrdәn vә s.­dәn tәmizlәnir. Nәticәdә biz sevdiyimiz ağappaq un әldә edirik. Lakin, tәәssüf ki, bu un vә ondan hazırlanmış dadlı yumşaq çörәk vә s. mәmulatlar artıq kalorilәrdәn әlavә, bizә, demәk olar, heç nә vermir. Yarmaların bütün faydalı maddәlәri mәhz "lazım olmayan" buğda vә s. yarmaların kәpәyindә qalır.
Kәpәk çox faydalı müalicәvi mәhsuldur. Qidalı liflәrlә zәngin olan kәpәk bağırsaqlarımız üçün әsl dәrmandır. Bağırsaqlara düşdükdә kәpәk burada yığılmış toksinlәri, şlakları vә s. ziyanlı maddәlәri özünә "qubka" kimi hopdurur vә çölә çıxardır. Bunun nәticәsindә bağırsaqlar yaxşı tәmizlәnir. Kәpәk bağırsaqların mikroflorasını yaxşılaşdırmaq vә bәrpa etmәk xüsusiyyәtinә malikdir. Disbakteriozdan әziyyәt çәkәnlar istәnilәn duru qidalara (sup, sıyıq) vә tәrәvәz salatlarına 1­2 çay qaşığı kәpәk әlavә edә bilәrlәr. Bu disbakteriozun müalicәsindә çox yaxşı kömәk edәcәk.
Ümumiyyәtlә sağlam insanlar da buğda kәpәyinin müalicәvi vә profilaktik xüsusyyәtlәrindәn istifadә edә bilәrlәr.
Kәpәk qәbizliklә mübarizәdә әn yaxşı tәbii vasitәlәrdәn biri sayılır. Kәpәk bağırsaqların fәaliyyәtini yaxşılaşdırır.
Qәbizlikdәn әziyyәt çәkәn insanlar üçün tәbii müalicәvi vasitәnin resepti ­
-1 stәkan qatığa 1 xörәk qaşığı kәpәk әlavә edin, qarışdırın vә qәbul edin.
Bir çox hallarda qәbizlikdәn әziyyәt çәkәn insanlarda babasil inkişaf edir. Bu sәbәbdәn bağırsaqların vәziyyәtini yaxşılaşdıran kәpәk hәmçinin babasilin profilaktikasında da kömәk edir.
Xroniki qәbizlikdәn әziyyәt çәkәn insanlarda düz bağırsağın xәrçәng xәstәliyinin riski artmış olur. Düz bağırsaqda yığılan vә tәrkibindә toksinlәr vә s. ziyanlı maddәlәr olan nәcis kütlәlәri vaxtında orqanizmdәn çölә çıxmadıqda bağırsağın selikli qişasından geri sovrulur. Bu isә düz bağırsaq xәrçәnginin riskini artırır.
 
Kәpәk ürәk­damar sistemi üçün dә çox faydalıdır ­ orqanizmdә pis xolesterinin sәviyyәsini aşağı salır.
 
Buğda kәpәyinin daim qәbulu dәrinin, saçların, dırnaqların vәziyyәtini yaxşılaşdırır, sinir vә immun sisteminә müsbәt tәsir edir.
 
Gün әrzindә 2­-3 xörәk qaşığı buğda kәpәyini qәbul etmәk olar.
 
Buğda kәpәyinı iri supermarketlәrdә tapmaq olar.
Nәzәrә almaq lazımdır ki, buğda kәpәyi bәzi mәdә­bağırsaq sistemi xәstәliklәr zamanı ziyan vura bilәr. Bu xәstәliklәr arasında ­ mәdә vә 12 barmaq bağırsağı xorası, xoralı kolit vә s. 
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri