Darçın yağının inanılmaz tәsiri

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 3 960
Səs ver:
(səs: 2)
Araşdırmalar göstәrir ki, qadınların 90 faizi sellülitdәn әziyyәt çәkir. Sellülitin yaranmasında genetik faktorların, qidalanma vә yuxu rejiminin rolu var.
 
Fransanın Qrenobl Universitetinin professorları tәrәfindәn aparılan araşdırmalar göstәrib ki, sellülitә qarşı әn tәsirli vasitә darçındır. Araşdırma zamanı bu xәstәlikdәn әziyyәt çәkәn 80 qadın iki qrupa bölünüb. Onlardan 40 nәfәrinә hәr gün masaj tәtbiq edilib. Digәr 40 nәfәr isә masaj zamanı darçın yağından istifadә edib vә darçınlı çay içib.  Nәticәdә birinci qrupdakı qadınların sellüliti 10 faiz azalarkәn, ikinci qrupdakılar bu problemdәn 60 faiz xilas olublar.
Alimlәr bildirirlәr ki, darçın yağı qan dövranını sürәtlәndirir vә toksinlәrin orqanizmdәn atılmasını tәmin edir.
Sellülitdәn xilas olmaq üçün darçın yağından belә istifadә edin:
Keyfiyyәtli darçın yağı alın. Yağı bir az qızdırıb sellülitli nahiyәlәrә çәkib barmaq ucları ilә masaj edin.
Masajın tәsirini artırmaq üçün gündә 2-­3 stәkan darçın çayı içmәk olar. Bunun üçün bir fincan qaynar suya 1­-2 әdәd darçın çubuğu qoyub 5 dәqiqә gözlәyin. Çayı ilıq halda için. Yemәklәrdәn yarım saat öncә içmәk mәslәhәtdir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri