Kartof nişastası ilә dәri problemlәrini hәll edirik

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 3 975
Səs ver:
(səs: 0)
Kartof nişastası dәriyә çox müsbәt tәsir edir. Nişasta xalq tәbabәtindә müxtәlif dәri xәstәliklәri, allergilar, travmalar, yanıqlar zamanı müalicәvi vasitә kimi, hәm dә çox tәsirli kosmetik vasitә kimi istifadә olunur. ­
 
-Qaşınma ilә müşayiәt olunan müxtәlif dәri xәstәliklәri (dermatit, ekzema vә s.) zamanı nişasta әlavә olunmuş vannalar çox yaxşı effekt verir ­ qaşınmanı azaldır, dәrini sakitlәşdirir. Bunun üçün 1/2 kq nişasta 2 l ilıq suda hәll olunur, yaxşı qarışdırılır vә vannaya tökülür. ­
 
-Körpәlәrdә bişmәcәlәr zamanı nişasta tәbii müalicәvi vasitә kimi uğurla istifadә oluna bilәr. Körpәlәri çimizdirdikdә vannaya nişasta әlavә etmәk vә ya nişastanı sәpmә dәrman kimi ("prisipka") istifadә etmәk olar.
 
-­ Yanıqlar zamanı da nişasta müalicәvi vasitә kimi istifadә olunur. Nişastadan istifadә edilmәsi sağalmanı tezlәşdirir, dәridә çapıqların әmәlә gәlmәsinin qarşısını alır. Nişastanı az miqdarda su ilә qarışdırın (qatı sıyıq kimi alınmalıdır) vә yanmış dәriyә çәkin. 15­-20 dәqiqәdәn sonra dәrini su ilә yaxşı yuyun.
Hәmçinin yanıqlar zamanı nişastanı soda ilә qarışdırın (1:1 nisbәtindә) vә yanmış dәriyә sәpin. ­
 
-Kartof nişastası qanaxmanı tez kәsir. Yaraya nişasta tökәndә qanaxma dәrhal kәsilir. Adi sarıq istifadә etdikdә isә qanaxma bir neçә dәqiqә әrzindә davam edir.
Bundan әlavә nişasta yaraların daha tez sağalmasına kömәk edir vә hәmçinin dәridә çapıqların әmәlә gәlmәsinin qarşısını alır. ­
 
-Kartof nişastası әl vә ayaq dәrisinin yumşaldır, dәridә çatları sağaldır. Bunun üçün nişastanı әl vә ayaq vannalarına әlavә etmәk lazımdır. 1-­2 xörәk qaşığı nişasta 1 stәkan ilıq suda hәll olunur vә vannaya әlavә olunur. Vannanı 15 dәqiqә әrzindә edin vә sonra dәriyә istәnilәn yağlı krem çәkin.
Ayaq vannasından sonra dәrini әvvәl xüsusi şotka ilә ölü hüceyrәlәrdәn tәmizlәyin vә sonra istәnilәn yağlı krem çәkin. ­
 
 
-Nişasta üz dәrisi üçün dә çox xeyirlidir ­ dәrini yumşaldır, ağardır, daha hamar edir, rәngini yaxşılaşdırır, artıq yağlılığı azaldır, cavanlaşdırır, kiçik qırışları yox edir.
 
Belә maskaları istәnilәn dәri tipi (yağlı, quru, hәssas) üçün istifadә etmәk olar.
Üz dәrisi üçün belә maskaları hazırlamaq olar:­
-İstәnilәn dәri tipi üçün ağardıcı maska: 1 çay qaşığı nişasta, 1/2 limonun şirәsi, 1 yumurtanın ağı yaxşı qarışdırılır vә tәmiz üz dәrisinә çәkilir. 15 dәqiqәdәn sonra maskanı ilıq su ilә yuyun. ­
 
-Quru dәri üçün: 1 xörәk qaşığı nişasta 1 xörәk qaşığı süd vә 1/2 çay qaşığı gәnәgәrçәk yağı ilә yaxşı qarışdırılır vә tәmiz üz dәrisinә çәkilir. 15 dәqiqәdәn sonra maskanı yuyun. ­
 
-Dәrini cavanlaşdıran maska-­lifting:
1 xörәk qaşığı nişasta, 1/2 çay qaşığı әrik yağı, 2 kapsul "aevit" (apteklәrdә satılır), bir az süd (maska qatı sıyıq kimi alınmalıdır) qarışdırılır vә tәmiz üz dәrisinә çәkilir. 20 dәqiqәdәn sonra maskanı ilıq su ilә yuyun vә qidalandırıcı krem çәkin. 
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri