Qarın ağrısı və ishalın səbəbləri

Müəllif: Love-Girl
Şərhlər: 6
Baxılıb: 6 494
Səs ver:
(səs: 0)
Əgər insanda gün ərzində 3 dəfədən artıq defekasiya (bağırsaq boşalması) varsa və yanaşı olaraq xaric olan kütlə duru və formalaşmamışdırsa, bu ishal sayılır.İshalı yaradan əsas səbəblər nədir?1. İnfeksiyalar (bakteriya, virus, qurd invaziyaları)2. Antibiotik mənşəli (geniş təsirli antibiotiklərin uzun müddət ərzində qəbulu)3. Nevroloji səbəb (stress və s.)4. Nazik və yoğun bağırsağın xəstəlikləri (bağırsaq limfoması, Çölyak xəstəliyi, 12 barmaq bağırsağı xorası və s.)5. Qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri6. Endokrinoloji səbəblər (zob, şəkərli diabet )7. Bəzi qarın boşluğu əməliyyatlardan sonra (öd daşı əməliyyatı, mədə rezeksiyası) və s.İshal kəskin və xroniki formada özünü biruzə verir. 3 həftədən artıq davam edən ishal xroniki ishal hesab olunur. İnsan buna çox diqqətli və məsuliyyətli yanaşmalıdır!!!Xroniki ishal Enteral (Nazik bağırsaq mənşəli ) və Kolitik (Yoğun Bağırsaq mənşəli) olur. Xəstədə ilk növbədə bunu ayırd etmək lazımdır!Nazik bağırsaq mənşəli ishalzamanı insanda günlük defekasiya sayı az olur (gündə 2-3 dəfə), lakin xaric olan nəcis kütləsinin miqdarı çox olur. Bəzən nəcisdə qida qalıqları aşkar olunur. Yağlı nəcis ifrazı (Steoteroya) müşahidə edilir.

Bu hal əsasən mədəaltı vəzin fermentativ pozğunluğu və ümumi öd axarının daşı zamanı rast gəlinir.Yoğun bağırsaq mənşəli ishalzamanı isə günlük defekasiya sayı çox olur (gündə 4-10 dəfə ), lakin xaric olan nəcisin miqdarı az olur. Həmçinin nəcisdə bol selik, bəzən qan müşahidə edilir.İshalın digər çox rast gəldiyimiz bir növü "hiperkinetik tipli ishaldır". Bu cür ishal əsasən "Həssas bağırsaq sindromu" olan insanlarda rast gəlinir. Əsas səbəbi psixonevroloji pozğunluqdur. Xəstəliyin 3 əsas əlaməti var:- qarında göbəkətrafı sancılar- köp- ishal.Praktiki olaraq qeyd edim ki, uzun müddət davam edən ishal "ÇÖLYAK XƏSTƏLİYİ" əlaməti ola bilər! Xəstəliyin digər adı Qlüten enteropatiyasıdır. Qlüten bağırsağa zərərli təsir edən təbii maddədir. Əsasən buğda, arpa, çovdar və yulaf məhsullarında olur. İnsan bu dənli bitkilərin məhsullarından istifadə etdikdə qlüten nazik bağırsaqlara toksiki təsir edir və bağırsağın divarı zədələnir.Xəstəliyin əsas əlaməti kəskin qarın ağrısı və ishaldır. Bəzən çəki azlığı və anemiya (qanazlığı) da müşahidə edilir.Bu xəstəlik uşaqlarda daha çox rast gəlinir. Qlüten enteropatiyası xüsusən uşaq süddən kəsilib sıyıqlar, suxarı, çörək və s. bu kimi qidalarla qidalandırılmağa başladıqda yaranır!Bir sözlə, əgər istənilən şəxsdə xroniki ishal yaranıbsa mütləq bunun səbəbi və mənşəyi araşdırılmalıdır!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 494
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri