Letargik yuxu nə deməkdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 691
Səs ver:
(səs: 1)
Son zamanlar Azərbaycanda letargiya sindromuna tutulanların sayı artır. Bu səbəbdən AzVision.az bir çoxlarına aydın olmayan bu xəstəlik barədə araşdırma aparıb.

Letargiya nədir?
Letargik yuxu - orqanizmin həyati proseslərinin az qala tamamilə dayanması, xarici stimullara heç bir reaksiya verməməyi, həyatın bütün xarici əlamətlərinin yoxa çıxması ilə xarakterizə olunur. Belə hesab edilir ki, letargiya yuxusuna gedənlər ətrafda baş verənləri eşidib-hiss edə bilsələr də, reaksiya verməyə gücləri olmur. Letargiya yuxusu tibb elminin yetərincə aydınlıq gətirə bilmədiyi xəstəliklər sırasına daxildir. İndiyədək dünyada müxtəlif müddətlərə letargiya yuxusuna gedən insanlara dair bir çox fakt qeydə alınıb.

Letargiya yuxusunun müddəti bir neçə saatdan başlayaraq bir neçə aya qədər, bəzən illərlə uzana bilər. Maraqlıdır ki, kifayət qədər uzun müddət ərzində yuxuya dalmış insanın orqanizmi böyüsə də, ağıl və düşüncəsi yatdığı dövrdə (məsələn, uşaq ikən yatıbsa, uşaq ağılı olaraq) qalır.

Beynin oksigen azlığı ilə müşayiət olunan bütün xəstəlikləri letargiya ilə nəticələnə bilər. Hətta ağır depressiya belə letargiyanın yaranmasının əsas səbəblərindəndir. Azərbaycanda bu sindroma tutulanların sayı kifayət qədərdir və bu cür insanların sayı artır. Məsələyə aydınlıq gətirmək üçün Azvision.az tanınmış professor, həkim Adil Qeybulla ilə əlaqə saxlayıb. Həkimin fikrincə, letargiyanı xəstəlik hesab etmək düzgün deyil :

Letargiya xəstəlik deyil, sadəcə olaraq ayrı-ayrı situasiyaların nəticəsidir. Letargiya dərin yuxuya getmək, gündüz yuxulamaya meyllilik, yerində oturaraq yuxulamaq kimi halların, ayrı-ayrı xəstəliklərin bir əlaməti kimi ortaya çıxa bilər. Kimya terapiyası alan leykozlu xəstələr, damarların arteriosklerozu, beyinin dağınıq sklerozu, şəkərli diabetdən əziyyət çəkən insanlar yuxuya həddindən artıq meylli olurlar. Beyin hipoksiyası (oksigen çatışmazlığı) zamanı da letargiya müşahidə oluna bilər.

Həkimin sözlərinə görə, yaşından asılı olmayaraq həm uşaqlarda, həm də qocalarda özünü göstərən letargiya, daha çox qadınlarda müşahidə olunur :Dağınıq skleroz qadınlar arasında çox yayılıb. Kişililər isə adətən damarların aterosklerozundan əziyyət çəkirlər. Dağınıq sklerozun ateroskleroza nisbətən əksər hallarda letargiya ilə nəticələndiyini nəzərə alaraq demək olar ki, qadınlar letargiyanın qurbanı olmağa daha yaxındır.

A.Qeybulla letargiyadan əziyyət çəkənlərə bəzi məsləhətlər verdi: Letargiyadan qorunmaq üçün aktiv həyat tərzi seçilməlidir, əsasən idmanla məşğul olmaq, maddələr mübadiləsinin pozulmasına imkan verməmək lazımdır.

Nihadə Eyyubova
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri