Beyin şişinin 6 ƏLAMƏTİ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 901
Səs ver:
(səs: 0)
Beyin şişinin əlamətləri nələrdir, necə ayırd edilir və digər xərçəng növlərindən nə ilə fərqlənir?

Beyin şişinə orta yaş həddindən sonra daha çox rastlanır. Beyin şişinin ən önəmli əlaməti isə bu ağrıya mədə bulantısı və ishalın yoldaşlıq etməsidir.

Hər xəstəlikdə olduğu kimi beyin şişində də erkən diaqnoz çox vacibdir.

Beyin şişi hansı yaşlarda görülür?
Bütün yaş dövrlərində rastlanan beyin şişi özəlliklə orta yaş həddindən sonra xərçəng xəstələrinin bir bölümündə xərçəngin yayılması ilə ortaya çıxır.

Beyin şişinin səbəbi nədir ?
Beyin şişinin əsas səbəbləri bəlli olmasa da, ətraf mühit kirliliyi, irsiyyət əsas faktor kimi qeyd olunur.

Beyin şişinin erkən əlamətləri nələrdir?
Beyin şişi olan xəstələrdə son bir neçə ay müddətində getdikcə şiddətlənən ağrılar ortaya çıxır.

Epilepsiya
Sıxılmalar, titrəmələr. 20 yaş sonrası yaşanan bu epilepsiya hallarının beyin şişi ilə əlaqəli olduğunu bilmək üçün mütləq araşdırılmalıdır.

İki görmə və görmə bulanıqlığı
Baş ağrısı ilə birlikdə və ya elə baş ağrısız ortaya çıxan iki görmə, görmə bulanıqlığı, görmənin azalması beyin şişinin əlamətləridir.

Danışma pozuntusu
Danışa bilməmək, anlama çətinliyi, danışarkən yanlış kəlmə istifadəsi və ya sərxoş kimi danışmaq.

Bulantı və qusma
Baş ağrısı ilə birlikdə ürək bulantısı bir müddət birlikdə yaşanır. Son zamanlarda artan, fərqli baş ağrısı, görmə azalması, eşitmə və qoxu hissinin azalması ya itirilməsi, başda ortaya çıxan şişlik, tez-tez ürəkgetmələr beyin şişi əlaməti ola bilər.

Beyin içindəki şiş müəyyən bir böyüklüyə çatmayana qədər baş ağrısı vermir. Beyin şişinə ilkin müdaxilə cərrahi yolla edilir. Ardından kimyaterapiya və radioterapiya tətbiq edilir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri