Dil xərçənginə diqqət edin – Bu yaralar varsa...

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 5 582
Səs ver:
(səs: 0)
Əgər dilinizin üzərində kənarları hamar olmayan yara çıxıbsa və həftələr ərzində davam edərsə, əksinə olaraq daha da böyüyərsə lor həkiminə müraciət etməkdə fayda var. Diqqət etmədiyiniz dil yaraları ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Bəs nələrə diqqət etməlisiniz?
Dİl üzərində çıxan yaralar – Dil xərçənginin ən vacib əlamətidir. Yaralar dilin hər yerində ortaya çıxa bilər. Əgər yaralar uzunmüddət davam edirsə diqqət edin.

Dil üzərində şişlər anormal sərtlik yarada bilər.

Boyunda şişlik – Şiş, boyundakı linfa vəzlərinə sıçradığı zaman şişkinliyə səbəb ola bilər. Boynun eyni nahiyəsində həftələr, aylar ərzində gedərək böyüyən, kiçilmə göstərməyən, sərt, ətraf toxumalara yapışdığı üçün hərəkət qabiliyyətini itirmiş şişlərə diqqət edin. Çünki xərçəng cəhətdən şübhə yarada bilər.

Danışmaqda dəyişiklik – Dİl xərçəngi dildə hərəkət pozuntularına yol aça bilər. Dilin ağızda hərəkəti çətinləşir.

Dildə ağrı və qanaxma – Dil xəstəliyi dildə ağrılara yol aça bilər. İrəlilədiyi zaman qanaxmalara səbəb ola bilər. Bu ağrılar qulaqlara belə sıçray bilər. İstənilməyən ağız qoxusu da gəlirsə vaxt itirmədən həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 582
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri