Öd kisəsində polip nədir? – Xərçəngə çevrilmə riski var

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 123
Səs ver:
(səs: 0)
Öd kisəsində USM müayinədə tez-tez diaqnoz olunan poliplər həkimlərin qorxduğu və pasiyenti də xəbərdar etdiyi bir diaqnozdur.
Poliplər gizli təhlükə mənbəyidir və orqanın sonrakı taleyində ciddi rol oynayır. Polip bir törəmə olduğu üçün onun nə xassədə olmasını dəqiqləşdirmək bir qədər çətin məsələdir.

Qadinla.com Öd kisəsi bədxassəli şişinin əsas səbəblərindən biri olan poliplərin diaqnostika və müalicə üsullarını təqdim edir.
Elə poliplər var ki, öd kisəsinin daxili divarında yerləşir və uzun müddət heç bir ağrı, əlamət vermir. Digərləri isə elə hissədə yerləşir ki, qısa müddətdə öd kisəsinin funksiyasına təsir edir və xərçəngə çevrilir.

Əvvəllər öd kisəsində poliplərdən pasiyent və həkimlər xəbərsiz olurdu. Onu yalnız patomorfoloqlar və cərrahlar öd kisəsi çıxarılıb yarılanda görə bilirdilər. İndi isə USM və KT ilə xəstə belə öd kisəsində xal kimi törəmələri açıq görür.

Poliplərin əlamətləri:

-Xroniki xolesistitə bənzər ağrılar, ürəkbulanma, ağızda acılıq, öd dadı
-Halsızlıq, yorğunluq, depressiya
-Bədən hərarətinin müntəzəm qalxması

Araşdırmalar göstərib ki, yeni törəmələrin yaranmasında yaş və cinsiyyət fərqi yoxdur. Hətta gənclərdə də polip ola bilər. Poliplərin yaranma səbəbi isə tam məlum deyil.

Poliplər nə zaman təhlükəli olur?

Poliplər tək, cüt və ya çox saylı səpələnmiş şəkildə ola bilir. Əgər müayinədə hər hansı polip aşkarlandısa, pasiyent müntəzəm həkim nəzarətində olmalıdır və tez-tez yoxlanmalıdır ki, polipin özünü necə aparması müşahidə olunsun. Əsasən sürətlə böyüyən poliplər daha təhlükəli hesab olunur. Məhz onlar maliqnizasiya - bədxassəli törəməyə çevrilir.

Tibbi dəyərləndirməyə görə, il ərzində ölçüsündə 4 dəfə və daha çox böyüyən poliplər şişə çevrilmə riskindədir. 5 mm-dən yuxarı olan poliplər şişə doğru yol alıb. 10 mm və daha böyük polip artıq bədxassəlidir düşünməyə əsas verir.

5-7 mm-ə qədər olan, il ərzində böyüməyən və çox az sürətlə dəyişən poliplərin xərçəngə çevrilmə riski azdır.
Öd kisəsi nadir halda xərçəngə tutulur. Amma tutuldusa, proqnozlar yaxşı deyil. Çünki qonşu orqanlara tez metastaz verir. Əlamətlər də adi öd xəstəliyinə bənzər olduğundan pasiyent gec aşkarlayır.

Gecikmiş mərhələdə hətta öd kisəsi çıxarılsa belə, yaşama şansı 10%-dir.

Ona görə həkimlər xəstədə öd kisədə polip tapan kimi nə xəstəni, nə özlərini yormadan, öd kisəsinin tamam xaric olunmasını və bununla da gələcək risklərdən qurtulmağı məsəhət görür. Çünki aylarla həkimə gəlib, polipi nəzarətdə saxlamaq hər pasiyentin imkanı daxilində deyil.

Mütəxəssislər, poliplərin öd kisədə olan iltihabi prosesdən, el dilində desək soyuqlama, iltihablaşma, divarında iltihab ocaqlarının olmasından yarandığını da bildirir. İltihab isə bakteriyalar- stafilakok, bağırsaq çöpləri, lyamblya, parazitlər vasitəsilə yaranır.

Öddə aşkarlanan polipoz xolesteroz da görünüşcə polipə oxşasa da, polip deyil və 100% xoşxassəlidir. Onlar çox az böyüyür və xəstəyə təhlükə yaratmır. İnsanlarda da məhz bu növ törəmə daha çox aşkarlanır. Demək olar ki, 50% insanlarda bu var.

Nə vaxt əməliyyata göstərişdir:

-2-3 və daha çox sayda polip varsa

-Xəstə dərman müalicəsindən sonra da yaxşılaşma olmursa

-Polipin " ayağının" iri və geniş olması

-Polipin ölçüsünün 10 mm-ə çatması

Əməliyyat açıq və laporoskopik aparıla bilər. Əməliyyat zamanı öd kisəsi tam çıxarılır. Polipi ayrıca çıxarmaq mümlkün deyil. Əməliyyat asan, rahat və əməliyyat sonrakı dövr qısa olur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri