Qəbizlikdən qurtulmağa "velosiped" kömək edəcək

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 142
Səs ver:
(səs: 0)
Qəbizliyi dərman preparatları ilə həll etmədən əvvəl, həyat tərzinizi, vərdişlərinizi və pəhrizinizi dəyişdirməyi sınaqdan keçirə bilərsiniz.
Qadınla.Com bildirir ki, bunun üçün bir neçə əsas qaydalara riayət etməyə çalışmaq lazımdır: çiy su çox (gündə ən azı 2 litr) içmək, daha çox meyvə və tərəvəz yemək (gündə ən azı 1 kiloqram) və aktiv həyat tərzi keçirmək, yəni daha çox hərəkətdə olmaq. Bundan əlavə, həzm prosesini normallaşdırmaq üçün həkimlər pəhrizə gavalı, quru ərik və kəpək əlavə etməyi və günə otaq temperaturunda bir stəkan su ilə başlamağı tövsiyə edirlər.
Yeri gəlmişkən, qəbizlik üçün ən təsirli məşqlərdən biri də "velosiped" hərəkətidir. Bunun üçün arxası üstə uzanmalı, ayaqlarınızı qaldırmalı və velosiped sürərkən edilən ayaq hərəkətlərini təqlid etmək lazımdır.

Yuxarıda göstərilən üsullardan iki və ya üç həftə sonra qəbizlik problemini həll etmək mümkün olmadıqda, dərman preparatlarına müraciət edə bilərsiniz. Ancaq yadda saxlamaq lazımdır ki, qəbizlik üçün mövcud olan bəzi dərmanları çox qəbul etmək olmaz.
Məsələn, bisakodil, natrium pikosulfat və saman laksatiflər (işlədici preparatlar) çox təsirli olur (bir saata nəticə olur). Ancaq bunları bir-iki həftədən çox qəbul etmək olmaz. Bitki mənşəli toxum, laktoza və ya makroqol olan qəbizlik üçün daha etibarlı dərmanlardan istifadə etmək daha yaxşıdır. Nə olur olsun, özünüzə laksatif dərmanlar yazmağı tövsiyə etmirik. Çox ehtiyac olarsa, bunun üçün əvvəlcə klinikada tibbi müayinədən keçməlisiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri