Ürəyinizi qoruyun, çünki içində sevdikləriniz var...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 575
Səs ver:
(səs: 0)
Rejimlə qidalanmağa çalışın.

Çox soyuq və ya çox isti mühitlərdə qalmayın.

Yay aylarında gərgin işlər üçün günün sərin vaxtlarını seçin.

Çox soyuq və ya çox küləkli havalarada ağzınızı və burnunuzu bağlayın. Çalışın ki, soyuq havanı içinizə çəkməyəsiniz.

Gündəlik işlərinizi elə qurun ki, ürəyinizə istirahət verməyə də vaxtınız olsun.

İş görəndə tələsməyin.

Ağır işlərinizi günün müxtəlif saatlarını arasında bölün.

Dincəlmək mütləq yatmaq deyil.

Hər gecə ən azı 6-8 saat yatmağa çalışın.

İşləyərkən əllərin çiyin səviyyəsindən aşağı olmasına diqqət edin. Çünki əllər çiyin səviyyəsindən yuxarı olduqda ürək daha çox işləyir.

Bütün pəhrizləri unudun. Unutmayın ki, tez-tez arıqlayıb kökəlmək olmaz.

Minerallara qarşı laqeyid olmayın.

Özünüzə inanın. Hər kəs özü üçün nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilir.

Hər gün idmanla məşğul olun.

Musiqiyə qulaq asın.

Ailədə xoş atmosfer yaratmağa çalışın. Unutmayın ki, xoşbəxt ailələrdə ürək xəstəlikləri daha az olur.

Çalışın çoxlu dostunuz olsun.

Tez-tez səyahətə çıxın.

Qan verin. Qanda olan dəmir ürək xəstəliklərini ehtimalını artırır.

Stresdən uzaq olmağa çalışın. İldə ən az iki dəfə ürəyinizi müayinədən keçirin.

Ürəyinizə xəyanət etmək istəmirsinizsə, yediklərinizə diqqət edin. Mümkün qədər yağlı, duzlu və qızartma yeməklərdən uzaq olun.

Mənbə: Ailəm jurnalı

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri