Fəqərə arası disk yırtığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 14 760
Səs ver:
(səs: 3)
Bel yırtığı , beldəki fəqərələr arasında yerləşən və bir növ amortizator funksiyasını yerinə yetirən diskin degenerativ dəyişikliyi nəticəsində meydana gəlir. Fəqərəarası diskin elastik quruluşa malik olması onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvənin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.
Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Bel yırıtıqları 4 mərhələdə formalaşır: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr

Qabarma ------ Protruziya ----- Yırtıq
Yırtıqlaşan, yəni xaricə doğru axan disk, daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxışdırır. Beləcə bel ağrısı ilə birlikdə sinir boyunca ayaqda ağrı, hissiyatın pozulması, ayaq zəifliyi kimi əlamətlər müşahidə olunur. Bundan başqa yırtıqlaşmış diskdən ifraz olunan bəzi kimyəvi maddələr də sinir köklərinə təsir edərək ağrıya səbəb olurlar. Orqanizm yaşlandıqca fəqərələr arasındaki disklər elastikliyini və zərbəni dəf edici özəlliklərini itirir və degenerativ disk xəstəliyi şəklində yaşlanmanın təbii bir nəticəsi olaraq meydana çıxır.

Bel Yırtığının Ələmətləri Nələrdir?
Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar, ayaqlarda uyuşmalar , hərəkət məhdudluğu , yeriyən və oturan zaman ağrıların olması bel yırtığının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.

 

Nə Zaman Həkimə Müraciət Edilməlidir?
- Getdikcə artan şiddətli bel ağrıları ,
- Tez- tez təkrar edən , istirahatlə keçməyən bel ağrısı,
- Bel ağrısı ilə birlikdə ayaqda ağrı, uyuşma və s.,
- Altı (6) həftə müddətində keçməyən bel və ayaq ağrısı,
- Ayaqda zəiflik,
- Sidik ifrazının pozulması
- Aralıq nahiyyəsində hissiyyatın pozulması
- Qısa məsafə yeriyərkən ayaqda uyuşuqluq, yorgunluq hissi.

Bu simptomlar görüldüyündə sinir toxumasının ciddi dərəcədə sıxılmaya məruz qala biləcəyi nəzərə alınaraq, qısa müddət ərzində müayinə və müalicə üçün həkimə müraciət etməyiniz məsləhət görülür. Əks təqdirdə bu kimi hallarda bərpası çətin olan və ya mümkün olmayan fəsadlar əmələ gələ bilər.

Bel Yırtığı Diaqnozu Necə Qoyulur?
Müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arası disk yırtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir.

Bəzi hallarda bel nahiyyəsinin rentgen müayinəsində bel yırtığının olmasını,ölçülərini qeyd edirlər. Bu doğru deyil,çünki rentgenoqrafiya heç bir zaman disk yırtığının varlığı haqqında məlumat verə bilməz.
EMG (Sinir keçiriciliyinin təyin testi) də bəzi hallarda istifadə edilir. Ancaq bel yırtığının diaqnozunun və müalicə taktikasının seçilməsində qızıl standart; həkimin kliniki müayinəsi və təcrübəsidir.

 

Kimlərdə Bel Yırtığı Yaranma Riski Var?
• Çəkisi çox olan insanlar
• Siqaret və spirtli içki istifadəçiləri

Peşə ilə əlaqədar olan faktorlar:
• Ağır fiziki işlə məşğul olanlar
• Davamlı önə əyilərək işləyənlər.
• Vücudu daima vibrasiyaya məruz qalan insanlar. (Avtomobil , avtobus, yük maşınları istifadəsi)
• Uzun müddət ayaq üstə durma tələb edən peşələr
• Uzun müddət oturma tələb edən peşələr.
• Ağır idman növləri ilə məşğul olan insanlar.

Bütün bu sadaladığımız işlərdə işləmək məcburiyyətində olan insanlarda bel ağrısı və bel fəqərə arası disk yırtığının rast gəlmə tezliyi yüksəkdir.
• (Bel oynaqlarının kapsulu gərilir və bel ağrılarına səbəb olur.)

Neyrocərrah:
Əliosman Qədimbəyli
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 14 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri