Sağlam həyat üçün duzu azalt

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 253
Səs ver:
(səs: 2)
Sinir və əzələlərin vəzifəsini edə bilməsi üçün natriuma ehtiyacımız olsa da çox duz osteoporoz, böyrək daşı, qastrit kimi narahatlıqların yanında yüksək təzyiq xəstəsi olmağa da səbəb ola bilər.

Doğru nisbət
Doğru duz istifadəsinin faydası böyükdür. The New England Journal of Medicinedə nümayiş olunmuş bir işə görə, natrium qəbulunu doğru şəkildə sabitləmək, eyni tütün istifadəsini yarıya endirmək və ya bədən kütlə indeksini kiçiltmək kimi ürək və damar sağlamlığı baxımından əhəmiyyətlidir.
Ancaq vərdişləri dəyişdirmək çətin ola bilər. Duz (şəkər kimi) vərdişə çevrilmiş ola bilər. Araşdırmalar göstərir ki, duzlu yeməklər beyindəki zövq xəbərdar edənlərini hərəkətə keçirir. Laboratoriya siçanlarında, natrium əskikliyinin depressiya semptomlarına səbəb olduğu təsbit edilmiş. Ancaq duzlu qidalara zamanla öyrəşmək, təminsizlik yaradır və insanın daha çox duz istəməsinə səbəb olur.

Duzu kəsmək
Digər başqa xəbərlərə baxacaq olsaq duz, sonradan əldə edilən bir ləzzət anlayışı olduğundan özünü bundan imtina etdirə bilərsən. Natriumun harada saxlandığını kəşf etmək üçün dilinin yanında gözlərinə də güvənə bilərsən. Təbii ki, bütün yeməklər kartof qızartması qədər aşkar şəkildə özünü göstərmir amma bəzilərini qida dəyərini oxuyaraq anlaya bilərsən. Natrium, ümumiyyətlə istehsal mərhələsində sonradan əlavə olunar; məsələn əti yumşaltmaq üçün. Daha sonra da başqa ədviyyatlarla dadı gizlənər.
Ən böyük səhvlər: Qəhvə qarışıqları (480 qrdə 240 milliqram), pendir (inək südündən əldə edilən yağlı pendirlərdə 30 qramda da 248 milliqram) və sobada bişmiş məhsullar (tək muffinde 255 milliqram)
"Natriumu azaldılmış" etiketinə sahib yeməklərdə originalından 25% milliqram daha az natrium vardır. Bu səbəbdən "az natriumlu" olan yeməklərin etiketinə baxmağını təklif edərəm. Bunlarda tək xidmət başına ən çox 140 milliqram natrium var. Ayrıca az yağlı və az kalorili yeməklərdə ümumiyyətlə ləzzəti kompensasiya edə bilmək üçün daha çox natrium istifadə edilər. Duzu kəsməyin ən yaxşı və sadə yolu, qısaca daha az işlənmiş yemək yeməkdir. Naharlarının dörddə üçündə sağlam qidalanmağa çalış və evdə yemək bişirməyə cəhd göstər. Beləcə duz tarazlığını qoruya bilərsən.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri