Dırnaq yemə vərdişindən asan qurtulma yolu

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 4 405
Səs ver:
(səs: 1)
Bəzi davranışlarımız cəmiyyət tərərfindən heç də yaxşı qarşılanmır. Və dırnaq yemək vərdişi də bu davranışlardan biridir. Dırnaq yemək xəstəliyi psixoloji bir xəstəlikdir və buna tibbdə "onikofaji" deyilir. Yeyilən dırnaqların cazibədar görünmədiyini bildirən tədqiqatçılar, dırnaqlarınızı yediyinizdə dırnağınız ilə ağızınızın arasında bakteriyaların daşındığını, şeytan dırnağının qoparıldığında infeksiya tapmaq riskinin yüksək olduğunu söyləyirlər. Yaxşı bu vərdişdən necə xilas olmaq mümküdür? Dırnaqlarınıza daima qulluq edin. Təmiz və baxımlı əllər cazibədar görünəcək. Eviniz də ya da çantanızda kiçik bir manikür dəsti saxlayın. Qırılan dırnağınız olduğunda dırnaqlarınızı yemədən də düzəldə bilərsiniz. Həftədə 1 dəfə manikür etdirməyə çalışın.Əczaxanalarda olan dırnağlara qulluq məhsulları arasında dırnaq yeməyi tərgidəcək kremlər, ya da yağlar var. Bu məhsullar yalnız dırnaq yeməyə maneə törətmək üçün deyil, həm də baş barmaq əmməyi tərgitmək üçün də istifadə edilir. Məhsulların içərisində olan qırmızı bibərin özü məhsulun acı olmasını təmin edir.Dırnaq yemək vərdişinizi unutmaq üçün davamlı olaraq özünüzü əyləndirəcək bir şey tapın. Məsələn; sadə bir stress topu işinizə yarayacaq. Dırnaqlarınızı yemək istədiyiniz zaman bu topu əlinizə alın və sıxmağa başlayın. Ya da tikiş tikmə,şəkil çəkmə, hörgü hörmə kimi əl işləri də sizi məşğul edəcək.Dırnaqlarınızı niyə hansi səbəblərdən yediyinizi araşdırın. Ümumiyyətlə stress, çətinlik, qorxu ya da narahatlıq bu vərdişin yaranmasına səbəb ola bilər ancaq 1 gündə də bu vərdişi əldə etmək mümkündür. Əgər nə vaxt və hansı şərtlərdə dırnaq yeməyə başladığınızı müəyyənləşdirsəniz, deməli,bununla əlaqədar olan yolları da tapacaqsınız.Hər zaman stressə qarşı müqavimət apara bilməzsiniz, ancaq başqa məşğuliyyət tapa bilərsiniz. İş yerində də qısa bir gəzintiyə çıxın, ya da heç olmazsa 1 stəkan su götürmək üçün yerinizdən qalxın . Hiss etdiklərinizi özünüzə yaxın gördüyünüz bir şəxslə bölüşmək də sizə xoş təsir bağışlayacaq.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri