Ağız ətrafında yara (uçuq)

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 35 341
Səs ver:
(səs: 2)
Hər kəs həyatında ən azı bir dəfə uçuq çıxardıb.Bəzi adamlarda hər il ən azı iki dəfə dodağı uçuqlayır .Hətta bəzilərində hər ay və ya həftə dodaqları uçuqlayır..
Bəs uçuq nədir?
Uçuq-Herpes Simplex dediyimiz virusun törətdiyi dəri xəstəliyidir.Bu virus bütün insanlarda var və insan anadan olanda,əsasən doğum zamanı ve ya ananın ilk öpüşü ilə insana yoluxur.Və həyat boyu insanda qalır.İnsanın bütün həyatı boyu bu virus,yoluxduğu yerlə Onurğa beyni arasında gedib gəlir.Amma insanın immun sistemi xəstəlik əlamətlərinin meydana gəlməsini əngəlləyir.Amma bəzi hallarda immun sistemi virusun öhtəsindən gələ bilmir və əsasən dodaq olmaqla insanın üzü uçuqlayır.

Bu hallar aşağıdakılardır
1.Kəskin infeksiyon xəstəliklər
2.Stress
3.Çox miqdarda ultrabənövşəyi şüaya məruz qalmaq(plyajdan sonra)
4.Qadınlarda menstruasiya
Bu hallarda əvvəlcə uçuğun çıxacağı yerdə qaşıntı olur və daha sonra içərisi şəffaf su ilə dolu qabarcıqlar əmələ gəlir.Bəzilərində bu qısa zaman içərisində keçib gedir.Bəzilərində uzun müddət qalır ve xüsusən də qızlarda estetik baxımdan kobudluq yaradır.
 
 
Bu hallarda mənim sizə məsləhətim
1.Əsla qabarcıqları qaşımayın-yoxsa yeri qalar
2.Əgər qaşısanız dırnaqların altındakı mikroblar oraya yoluxar və irinli infeksiyon əmələ gələr-normalda izsiz sağalacaq olan uçuğun yerində dərin çapıq izi qalar
3.Balaca uşaqlara qaşımamağı başa salmaq olmur.Ona görə də DİQQəTLİ ANALAR!uşaqlarınızın dırnaqlarını kəsin ki qaşıya bilməsinlər
4.Əgər uçuq sizi çox narahat edirsə BAL kimi quruducu maddəni uçuğun üstünə sürə bilərsiz.Bu,sağalmanı tezləşdirəcək.
5.Əgər uçuq çox böyükdürsə və sizə estetik baxımdan əziyət verirsə, o zaman apteklərdən ACYCLOVİR kremi soruşun.Gündə 5 dəfə sürsəniz,hər şey qaydasında olacaq
6.Əgər uçuq tez tez təkrarlayırsa və siz ondan həmişəlik canınızı qurtarmaq istəyirsinizsə o zaman bir Dermatologa müraciet edin.İnanin ki müalicəsi var.Sizə desələr ki,müalicəsi yoxdur,o zaman mənə müraciət edin.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 35 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri