Hormonal xəstəlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 483
Səs ver:
(səs: 0)
Qadınların həddindən artıq böyük döşə sahib olması onların orqanizminin düzgün inkişaf etməməsindən, ciddi sağlamlıq problemlərinin olduğundan xəbər verdiyi kimi eyni hal kişilərə də aiddir. Amma əlbəttə ki, kişi və qadın döşü üçün müəyyənləşdirilən hədd eyni deyil. Kişilər heç də qadınlar kimi döşlərinin böyük olması üçün çalışmır və bununla qürur duymurlar. Əksinə bu hal onların həmcinslərinin yanında utanmasına səbəb olur.  Kişilərdə bu problem əsasən yetkinlik dövründə (13-15 yaşlarında) hormonal dəyişikliklərlə bağlı olaraq əmələ gəlir və zamanla inkişaf etməyə başlayır. Tibbdə Ginekomasti adlanan bu xəstəlik istər gənc, istərsə də yetişkin kişilərin hər birini narahat edir, onlar iri sinəni özlərinə kompleks edirlər. Ancaq təəssüf ki, əsasən kök kişilərdə daha çox rast gəlinən bu problemdən qurtulmaq üçün pəhriz saxlamaq, idman etmək köməyimizə gəlmir, çünki döşün zamanla böyüməsinin səbəbi heç də orqanizmdə yığılıb qalan doymuş yağlar deyil. Bunun əsas səbəbi kişilərdə qadınlarda olduğu kimi əlavə süd vəzilərinin olmasıdır. Bu hormonal pozuntunu aradan qaldırmağın yeganə yolu əməliyyatdır. Ancaq bu əməliyyat heç də çox vaxt alan, təhlükəli cərrahiyə növlərindən hesab edilmir. Cəmi 50 dəqiqə ərzində aparılan bu əməlyyatdan sonra kişi arzuladığı döş quruluşuna sahib ola bilir.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri