Başa bəla gözəllik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 262
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1321258189-656.jpg

 

Dövrümüzdə QİÇS, qaraciyər serrozu, göbələk, dəmrov kimi xəstəliklərin yayılmasında gözəllik salonları az rol oynamır. Manikür- pedikür, qulaq deşilməsi, saç kəsimi zamanı istifadə edilən alətlərin sterilizə olunmaması təhlükəli xəstəliklərin yoluxdurulmasına səbəb olur.Gözəllik salonlarında gigiyena qaydalarına nə dərəcə əməl olunmasını öyrənmək üçün yolumuzu bu salonlardan saldıq. Xanımlarımızın gözəllik işləri ilə məşğul olan salon işçiləri bunları dedilər:

 

- “Lyuboy”(hər növ – red.) manikür-pedikürdən sonra o, sterilizasiya olunur.

- Əlbəttə, edirik, biz də daraqlarılarımızı sterilizə edirik.

- Sterilizatorumuz var, aparat, xüsusi jitkislərdə, dərmanlardı.

- “Kliyent”i (müştərini – red.) yola salandan sonra qoyuruq təzədən sterilizasiya edirik və qalır. “Kliyent” gələndən sonra təzədən elə bil, biz onu istifadə edirik.

 

Təəssüf ki, bu deyilənləri bütün gözəllik salonlarına aid edə bilmərik. Çünki sterilizə aparatları, dezinfeksiya məhlulları müəyyən maddi vəsait tələb etdiyindən, heç də bütün salonlar puluna qıyıb lazım olanları almır. Elə salon işçiləri özləri də hər zaman gigiyena qaydalarının gözlənilmədiyini etiraf etdilər:

 

- Hər müştəri üçün dodaq boyaları biz qoysaq “addelni”, elə şey yoxdur. Bizdə o komplektdi. Yəni müştəri tələb edəndə bizdən, dəyişirik, ama tələb etməyəndə çəkirik də.

- Görürəm ki, pedikür edib və pedikür dəsmalını götürüb oturacaq stolunun üstünə atıb. İkinci dəfə o dəsmaldan istifadə edir. Belə şeylər çox var.

Şəhər əhalisi arasında apardığımız sorğu da onu göstərdi ki, heç də salonların hamısı gigiyena qaydalarına əməl etmir.

 

Buna görə də insanlar gözəllik salonlarının xidmətlərindən istifadə etməyə çəkinir:

- Getmirəm demək olar ki, heç. Gigenik cəhətdən yaxşı deyil.

- Bilirsiz əsas o lazımdı manikür, pedikürdə, ona da heç vaxt onlara mən risk etmirəm gedim.

- Bəziləri olur təmizliyə riyaət edirlər, bəzilər olur yox. Fərqli olur, salondan salona.

 

Amma müştərilərin diqqətli olmağa çalışmaları belə onları hər hansı virusa yoxulmaqdan sığortalamır. 32 yaşlı Gülər məhz bu məsuliyyətsizliyin qurbanı olub:

Gülər:

- Birinci uşağım olanda bu xəstəlik yox idi, ikinci uşağım olanda öyrəndim ki, qanımda hepatit C xəstəliyi var. Sonra yoldaşım da getdi yoxlandı, düşündük ki, ondan keçə bilər, belə deyilmiş, onda da yox idi bu xəstəlik. Bir il gözəllik salonuna epilyasiyaya getmişdim. Öyrəndim ki, ordan keçibdi.

 

Gənclər arasında yayılan tatu, pirsinq də HİV virusunun yayılmasında müəyyən çəkiyə malikdir. “Tatu üçün xəstəliyə tutlmağa dəyərmi? sualına isə gənc müsahiblərimizin cavabları “bəli” oldu. Tatu etməyi özünə hobbi seçmiş Santos ləqəbli gənc isə gigiyena qaydalarından xüsusilə danışdı.

-İynələri spirtləyirsən, təzə iynə taxırsan, aparatları spirtlə yuyursan, diqqət edirsiz bunlara? aparatla öz bədənimə işləyirəm, istəmərəm özüm də xəstəliyə tutulam.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri