İngiltərədə edilən yeni bir araşdırmaya görə, gün içərisində bir və ya bir neçə daha çox müddət yatan kəslərin tənəffüs xəstəliklərinə tutulma ehtimalı çox olduğu sübut edilmişdir. Cambridge Universitetinin apardığı araşdırmada yalnız gecələri yatan kəslərlə gecə yuxusunun yanında gün içərisində də yatan kəslər müqayisə edildi. Araşdırma nəticəsində gün içərisindəki yuxu müddəti artdıqca bronxit, emfizema və sətəlcəm kimi xəstəliklərə bağlı ölüm nisbətlərində artım görüldüyü ifadə edildi. Araşdırmaya iştirak edən Loughborough Universiteti Yuxu Araşdırma Mərkəzindən professor Jim Horne, "Bədəndə var olan ağciyər narahatlığı çox yuxudan bəslənir ola bilər" şərhini verdi.