Orqanizmin "filtri" - dalaq

Müəllif: Antikvar
Şərhlər: 9
Baxılıb: 978
Paylaş:
Səs ver:
(səs: 1)

Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridin.

 

Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar səviyyəsində yerləşir.

Normada böyüklərdə dalağın uzunluğu - 11-12, eni - 6-8 sm, çəkisi - 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir. Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə bilər.

Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM zamanı təyin edilir. Müxtəlif səbəblərə görə (bəzi infeksion xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və s.) dalaq böyüyə bilər (buna "splenomeqaliya" deyilir). Böyümüş dalaq öz kapsulunu dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ gəlir. (Kapsulun ağrı reseptorları var.)

Əvvəllər dalağı endokrin, hətta həzm sistemlərinə aid edirdilər. Hal hazırda belə hesab olunur ki, dalaq immun sisteminin orqanıdır. Dalaqda bəzi immun sisteminin hüceyrələri, immunoqlobulinlər (xüsusi immun sisteminin zülalları) hazırlanır.

 

Dalaq orqanizmdə filtr funksiyanı yerinə yetirir. Dalaq çox güclü filtrdir. Dalaqdan keçən qan əsaslı şəkildə viruslar, bakteriyalar, infeksiyalardan təmizlənir. Bundan əlavə dalaq orqanizmin mutasiyaya uğramış hüceyrələri də tutmaq və zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bu isə orqanizmi onkoloji xəstəliklərin inkişafından qoruyur. Nəzərinizə çatdıraq ki, hər gün insan orqanizmində çoxlu miqdarda belə mutant-hüceyrələr yaranır ki, bu hüceyrələr məhv olunmazsa, insanda xərçəng xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən immun sisteminin zəifləməsi xərçəng xəstəliklərinin əsas risk faktoru sayılır.

Keçmiş əsrin əvvəlinə kimi belə hesab olunurdu ki, dalaq (kör bağırsaq kimi) artıq orqandır və onun xaric olunması orqanizmə heç bir mənfi təsir etmir. Bu səbəbdən  dalaq yerli-yersiz xaric olunurdu. Daha sonra məlum oldu ki, dalağın xaric olunması (tibbdə - "splenektomiya") insanın immun sisteminin zəiflənməsinə səbəb olur.

Bundan əlavə dalaq qanda köhnə, xəstə, "keyfiyyətsiz" eritrositləri (qırmızı qan hüceyrələri) tutur və onları məhv edir.

Eritrositlərdən başqa dalaq köhnə leykositlərin və trombositlərin məhv olunmasında da  iştirak edir.


Dalaq orqanizmdə trombositlərin deposudur.
 Bu qan hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.) xaric olunması (tibbdə - "splenektomiya")  qanda trombositlərin artmasına (trombositoza) səbəb olur. Trombositoz isə damarlarda trombların (qan laxtası) əmələ gəlməsinin riskini artırır. Damarlarda trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.

Dalaq həmçinin dəmirin, zülalların mübadiləsində iştirak edir.

loading...
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 978
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allahin yaratdiqi her bir orqan lazimlidi hech biri artiq deyil
9 mart 2015 22:04
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Turkan Abbasova
her bir orqanin oz funksiyasi var
10 fevral 2015 17:18
8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
BARBI
Her bir orqan esasdir elecede dalaq onu qorumaq lazimdir cunki qan yaradan orqandir
10 fevral 2015 16:42
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ILAHE_
Maraqli melumatdi.
10 fevral 2015 16:04
6
Offline
arzum-aysum
Allahim her seyi cox böyük serrastliq ve deqiqlikle yaradib
xeberi oxuduqca mende bele bir fikir formalasdi. xerceng xesteliyinden qorunmaq ucun vaxtasiri dalagi muayine etdirmek lazimdir ku, problem olub siradan çıxmasın dalaq
10 fevral 2015 13:53
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Online
Tomris Müslümova
maraqlidi tesekkur
10 fevral 2015 13:34
4
Sən sadəcə mənimsən...!
Offline
lili)
her bir orqanimizin oz funkisiyalari var dalaqinda elece bu yaxinlarda tanidiqim bir ailenin usaqinin dalaqini goturduler cetinlikle yasayir yaziq usaq
10 fevral 2015 12:54
3
Offline
Qlamurr
Sözsüz ki,orqanlar təsadüfi yaradılmıyıb,hər birinin öz funksiyası var,dalaq da həmçinin təmizləmə funksiyasını yerinə yetirir....tşk...
10 fevral 2015 12:51
2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Faydalı xəbərdi məlumatlanmış olduq təşəkkürlər
10 fevral 2015 12:41
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv