Qadınlarda hormonal pozğunluğun əlamətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 16 988
Səs ver:
(səs: 3)

Hormonal pozğunluq çox geniş bir anlayışdır. Hormonal pozğunluq dedikdə, qadınlar tərəfindən menstruasiya pozğunluğu, tüklənmə və sonsuzluq, hamiləlik ilə əlaqədar hormonlar başa düşülür.

Hormon pozğunluğu termininin ən çox istifadə edildiyi vəziyyətlərin önündə xüsusilə gənc yaşlarda görülən həddindən artıq tüklənmə və tüklənmədə artım - hirsutismuz vəziyyəti gəlir. Hormon pozğunluğu termininin tez-tez istifadə edildiyi başqa bir vəziyyət də menstruasiya nizamsızlıqlarıdır. Menstruasiya nizamsızlığı bəzən qadınlıq hormonları deyilən (FSH, estrogen və s.) hormonlarındakı pozğunluqlara bağlı olur.

Qadınlarda menstruasiya nizamı, tüklənmə və sonsuzluq ilə əlaqədar başlıca hormonlar bunlardır:

FSH: Beyində hipofiz orqanından ifraz olunur. Başlıca vəzifəsi yumurtalıqları xəbərdar edərək estrogen hormonunun istehsalını artırmaqdır.

LH: Beyində hipofiz orqanından ifraz olunur. Yumurtalıqlar üzərinə təsir göstərir və yetkin yumurtanın meydana gəlməsini, çatlamasını təmin edir.

Testosteron: Əsas kişilik hormonu kimi bilinsə də, qadınlarda aşağı səviyyədə olur. Artması qadınlarda həddindən artıq tüklənməyə səbəb olur.

Progesteron: Yumurtalıqlardan ifraz olunur. Menstruasiya dövrünün ikinci yarısında xüsusilə təsirlidir. Hamiləliyin başlaması və davamına təsir göstərir.

Prolaktin (süd hormonu): Beyində hipofiz orqanından ifraz olunur. Prolaktin hormonunun artması menstruasiya nizamsızlığı, hamilə qala bilməmə kimi problemlər yarada bilər.

Uzman Dr. Türkan Gündüz ilə əlaqə:

Web-sayt: www.proktolog.az

051- 491-75-75

051 453 55 55


 

 

 

 

 

(səs: 3)
Şərhlər: 7
Baxılıb: 16 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri