Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 866
Səs ver:
(səs: 1)
Bir çox şəkər əsaslı siroplar ehtiva edən içkilər bir çox zərəri ilə birlikdə "gut" xəstəliyi də yaradır. Gut oynaqların mikrobsuz iltihabı olan bir xəstəliyidir. "Ürikasit" deyilən maddələr mübadiləsin artığı olan bir maddənin oynaq boşluqlarında, iynəvari kristallar şəklində çökəklər əmələ gətirməsi ilə, ağrıyla meydana gəlir və tez-tez təkrarlanır. Əksəriyyətlə ayağın baş barmağında olur.

Ayaq baş barmağınıza diqqət edin!

- Çox zülal (ət, süd məhsulları, dəniz məhsulları, göbələk) istehlakını azaldın.
-  Şəkərli içkilər, hazır meyvə suları, şəkərli qidalar və ağ unlu qidalar qəbul etməyin. Orta hesabla hər gün 1 stəkan şəkərli içki (kola, limonad, meyvə suyu) içənlərin ayda 1 stəkan içənlərə görə gut xəstəliyinə tutulma riski 74% artıqdır.
- Meyvəni bütöv halda yeyin. Az şəkərli meyvə olmasına diqqət edin.
- Spirt istehlakını azaldın (Gündə 1 stəkan qırmızı şərabdan o yana keçməyin).
- Albalı, çiyələk, böyürtkən kimi meyvələr aspirin bənzəri bir maddə ehtiva etdiyi üçün mövsümündə bol-bol yemək məsləhətdir. "Gut" xəstəliyi zamanı hər gün 50 ədəd albalının suyunu sıxıb içmək çox faydalıdır.
- Evdə hazırlanan turşu, kefir, qatıq, alma sirkəsi, limon, sarımsaq istehlak edin ...
- Sidik rənginiz açıq-sarı rəngdə olacaq, bol miqdarda su içməyə çalışın.
- Tünd yaşıl yarpaqlı, təzə və mümkündürsə çiy tərəvəz yeyin.
- İmmunitet sistemini gücləndirdiyi üçün nizamlı olaraq məşq edin.
- Gündə 1 stəkan portağal suyu içənlərdə gut xəstəliyi riski 41% artır. Gündə 2 stəkan portağal suyu içənlərdə isə gut xəstəliyi riski 142% artır.
- Bədəninin kütlə indeksi 30-dan yuxarı olan qadınların spirtli içki içənlər qədər və hətta daha çox riskli olduğu deyilir. Bədəninizə diqqət göstərin.
- "Ət yemirəm, amma gut xəstəliyindən xilas ola bilmirəm" deyirsinizsə, şəkərli içki və qidalardan uzaq durmağı təcrübədən keçirin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri