Miqrendən sağalmanın yolu tapıldı

Müəllif: yasemin
Şərhlər: 6
Baxılıb: 3 709
Səs ver:
(səs: 1)
Miqren (başın bir hissəsinin ağrıması) zamanı adamlar özlərini əzgin, yorğun, daxilən narahat hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qaraciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidirlər. Evdə bitkilərdən hazırladığınız dəmləmələrlə miqren ağrılarını yox edə bilərsiniz. Miqren ağrılarını yox etmək üçün aşağıda yazılmış üsuldan istifadə edə bilərsiniz.

- Bir stəkan suya 4-12 qr pişikotu tökün. 10 dəqiqə dəmləyin ağzıörtülü halda və gündə 3 stəkan yeməkdən əvvəl içə bilərsiniz.

- Dəfnə toxumu toz halına gətirilir. Gündə 5 qr balla qatılır məcun halında yeyilir.

- Bir stəkan qaynar suya, 2-3 qr kəklikotu götürün. Hər gün 3 stakan soyuq halda içmək yaxşı təsir göstərir.

- Bir stəkan suya 2-4 qr razyana əlavə edin. 10 dəqiqə gözləyin və için.

- Miqren hissələrinə çobanyastığı yağı ilə masaj etmək də yaxşı təsir edir.

- İki stəkan qaynar suyun içinə: bir çay qaşığı əzilmiş dəfnə toxumu, reyhan və limon toxumu ataraq 15 dəqiqə dəmləyin. Bu qarışıqdan gündə 2-3 stəkan ilıq halda içmək lazımdır. Şəkər xəstəliyi olmayan insanlar bitki çayına bir qaşıq bal əlavə edə bilər.

- Alma şirəsi içmək. - Boyun, çiyin nahiyyələrini massaj etmək, - Pərpərən yarpaqlarını təpitmə kimi ağrıyan yerə qoymaq - Ayaqları ilıq suya salamaq - Kasnı toxumu dəmləyib içmək - 25-30qr paxla çiçəyini 1 lirt suda dəmləyib içmək - 1 çay qaşığı mərzə 1 fincan qaynanmış suda dəmləyib içmək - 5-10 qr reyhan 1 fincan qaynar suda dəmlənilib balla qarışdırılıb yeməkdən sonra içmək - Zəncəfil şirəsi gül ya küncüt yağı ilə qarışdırıb aqrıyan yerlərə sürtmək - Lavanda şirəsi su ya ball şərbəti ilə içmək - Hil, mixək, darçın, zəncəfil hərəsindən 2 qr. götürülür, 1litr qaynar suda dəmlənilir soyuyanda 200qr ball qarışdırılırş soyuducuda saxlanılır hər gün 1-2 x.q yeməkdən öncə qəbul edilir.

- Qan təmizləyici salat: çuğundur, kök, kələm. Hərəsindən 50qr götürülür, yuyulur doğranılır üzərinə 0.5x.q günəbaxan yağı və 1.5 x.q ball əlavə edilir yeyilir.

- Damarların təmizlənməsi üçün 1 limonu qabıqlı sürtkəcdən keçirilir, 1 baş sarımsaq əzilib ona qarışdırılır, üstünə 60 ml qaynanmış soyudulmuş su tökülür. 2-4 gün otaq tempraturunda saxlanılır. Süzülür və hər gün 50 ml ac qarnına bütün payız, qış, yaz aylarında içilir. 5-10 dəqiqə uzanılır. Mədə-bağırsaq problemi olanlara bu sarımsaq məcunu qətiyyən olmaz. Bunları davamlı olaraq bir ay içmək lazımdır ki, istənilən nəticəni almaq mükün olsun. Həmçinin Kadsudzo Nişinin bu idman növü miqren bash ağrısı üçün çox effektlidir.

1.Fəqərə sutununu düzəldib şux görkəm alın. Heç yana əyilməyin.

2. Başı 10 dəfə sağa, 10 dəfə sola əyib düzəldin.

3. Başı 10 dəfə qabağa, 10 dəfə arxaya əyib düzəldin.

4. Başı 10 dəfə sağa-geri, 10 dəfə sola-geri çevirin.

5. Başı 10 dəfə sağa əyib, qulağı çiyinə toxundurmağa calışın. Boynunuzu mümkün qədər cox uzadaraq, başı geriyə fırladın, fəqərə sütununa çatdırmağa calışın. Bunu edərkən yoxlayın: başınız son həddə qədər əyilibmi? Eyni hərəkəti 10 dəfə sola edin. 6. Qollarınızı çiyin bərabərində açın. Əllərinizi baş ustə dik qaldırın. Dirsəkləri çiyin önündə bükün, yumruqları düyün-ləyin, başınızı son həddədək geri atın, çənəni tavana tuşlayın. Bunu edərkən 7-yə qədər sayın və dirsəklərinizi kürəyə tərəf dartın. Sanki onları bir-birinə yapışdırmaq istəyirsiniz: 10 dəfə. Bunu hər səhər duran kimi edin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 709
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri