Kasıbların xəstəliyi - Bronxektazi nədir?

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 1046
Paylaş:
Səs ver:
(səs: 2)
Bronxektazi - daha çox kasıb və baxımsız insanlarda rastlandığından tibdə yetim, ya yiyəsiz xəstəliyi olaraq da bilinir. Əsasən antibiotik tapmaqda çətinlik çəkən insanlarda görülür. Bronxektazi ağciyərlərin içindəki bronxların qalıcı deformasiyasıdır. Bronxlardakı genişlənmə, kistalaşma, sıx-sıx infeksiya, çox bəlğəm öskürmə və qanamalarla bərabər yaşanır. Çox az hallarda xəstəni heç narahat etməyən bu xəstəlik özünü birdən göstərir. Anadangəlmə olmaqla bərabər bronxlardakı iltihablardan da qaynaqlanır və geri qayıdışı olmayan bir xəstəlikdir. "Ektazi" - hər hansı bir orqanda yerli, ya da ümumi genişlənmə deməkdir. Buna görə bronx genişlənməsinə "bronxektazi" deyilir.

İltihab irəlilədikcə bronxit və ya sətəlcəm şəklində, yüksək qızdırma, halsızlıq, üşümə kimi hallar ortaya çıxır. Uzun müddət yaşanan bronx genişlənməsi zamanı bronx elastikliyi, müdafiəsi pozulur.
 
Əlamətləri nələrdir?
Bronx genişlənməsi çox bəlğəm çıxarmaqla özünü göstərirr. Kistalaşmış və ya genişlənmiş bronx içindəki bəlğəm mikroblarının yaranması üçün əlverişli şərait yaradır. Bir sözlə, öskürək və bəlğəm ilk əlamətlərdir. Deformasiyaya uğramış bronx divarındakı varikozlaşmış qan damarları infeksiya hallarında qanaxmalara səbəb olur.
 
Səbəbləri nələrdir?
Bu səbəblərin başında infeksiyalar dayanır. Qızılca, vərəm, göy öskürəkdən başqa adenoviruslar, herpes, mikoplazma, aspergillus infeksiyaları da bronxektazi ilə nəticələnən tənəffüs yolu infeksiyalarına səbəb ola bilər. İrsi bir xəstəlik olan kistik fibriozis bronxektazinin yaranmasına səbəb olur. Həmçinin ağciyər içindəki bronx səthində tikanlanma ilə ortaya çıxan silyer diskinezi sindromu, ağciyərin içinə yad cism düşməsi, immunitet sistemində fərqli pozuntular, nəzarətsiz qalan astma da bronxektazi ilə nəticələnə bilər.
 
Hansı problemlərə yol açır?
Əvvəllər antibiotik tapılmadığından xəstəliyin qarşısnı almaq mümkün deyildi. İndi antibiotiklər asan əldə edildiyindən xəstəliyin irəliləməsini əngəlləmək mümkündür. Bronxektazinin uzun müddət, ağır şəkildə davam etməsi nəticəsində əl və ayaq barmaqlarında "çomaq barmaq" adlı deformasiyalar yaşanır. Xəstəliyin sonunda nəfəs çatışmazlığı kimi ciddi problemlər olur.
Xəstəliyin diaqnozu ağciyər rentgeni və ya kompüter tomoqrafiyası ilə qoyulur. Bronxektazi xroniki sinuzit, daxili orqanların tərsliyi və sonsuzluq kimi hallarla bərabər yaşana bilər.
 
Necə qorunaq?
İlk əvvəl şübhəli hal müşahidə edən kimi həkimə getmək lazımdır. Həkimin məsləhəti olmadan heç bir antibiotik  istifadə etməyin. Tənəffüs hərəkətləri, fizioterapiya müalicəsi məsləhət görülür. Müntəzəm idman edilməlidir (əsasən üzgüçülük və qaçış). Hər gün bronxlardakı bəlğəm təmizlənməlidir. Siqaret çəkmək olmaz, siqaret tüstüsündən uzaq durmaq lazmdır. Qrip, sətəlcəm peyvəndi vurdurulmalıdır.

loading...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 1046
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ALESSANDRA
hec esitmemisdim bu xesteliy haqda
Allah sefa versin bütün xestelere...
4 avqust 2015 18:11
8
Don't trust anyone ∆
Offline
BARBI
Hec bu xestelik barede esitmemisdim. Subheli veziyyetlerde mutleq hekime muraciet edilmelidir
4 avqust 2015 15:05
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Omur boyu tenha yasa ay kasib oglan.
Eh kasiblarin basina gelmiyen hadise xestelik varmi ki,
Allah butun xestelere sefa versin, Amin Insaallah. dua
4 avqust 2015 15:00
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Fialka
Bronxlarda bu cür qalıcı olan xəstəlik haqqında ilk dəfədir öyrənirəm, maarifləndirici xəbərdir əgər bu cür simptomlar müşahidə olunursa insanda soyuq dəymə kimi nəzərə alınmamalı əksinə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
4 avqust 2015 14:58
5
Offline
vipbetul
Allah butun xesdelere sefa versın ınsallah
4 avqust 2015 14:55
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
Bu və bu kimi xəstəliklərin əlamətini özünüzdə hiss edən kimi gec olmadan həkimə müraciət edin!

...666...
4 avqust 2015 14:06
3
Viking
Offline
...AdaDunyam``
Allah qorusun
4 avqust 2015 13:42
2
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
Tomris Müslümova
Məndə uşaq vaxtə baş qaldırmaq istəyən xəstəlik idi...
4 avqust 2015 12:41
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv