Qlutenə dözümsüzlük əlamətləri

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 168
Səs ver:
(səs: 0)

55-dən çox xəstəlik bu və ya digər şəkildə qlütenlə əlaqəlidir.
Qlüten – buğda, çovdar və arpanın tərkibində olan zülaldır. Qlütenə dözümsüzlük və ya çölyak xəstəliyindən əziyyət çəkən təxminən 99% insana adətən düzgün qoyulmur.
Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrin əhalisinin təxminən 15%-i qlütenə dözümsüzlükdən əziyyət çəkir. Siz də onlardan biri ola bilərsiniz.
Əgər aşağıda qeyd edilən əlamətlərdən hər hansı birini özünüzdə hiss edirsinizsə, bu, qlütenə dözümsüzlüyün göstəricisi ola bilər:

 

1. Həzm sistemində meteorizm (köp), şişkinlik, ishal və ya qəbizlik kimi problemlər. Qəbizlik tərkibində qlüten olan qidaların qəbulundan sonra daha çox uşaqlar üçün xarakterik olan haldır.
2. Saçlı keratoz və ya "qaz dərisi” əlinizin arxa hissəsində özünü göstərir. Bu, yağ turşusu və A vitamini çatışmazlığından əmələ gəlir ki, buna da səbəb də qlütenin mədə-bağırsaq traktını pozmasıdır.
3. Qlüten tərkibli məhsulların qəbulundan sonra yorğunluq hissi və ya zehnin dumanlanması.
4. Haşimoto tiroiditi, revmatoid artrit, xoralı kolit, lupus (dəri vərəmi), sədəf xəstəliyi (psoriaz), skleroderma və ya dağınıq skleroz kimi otoimmun xəstəliklər.
5. Başgicəllənməsi və ya balansın pozulması hissi kimi nevroloji əlamətlər.
6. Menstruasiya öncəsi sindrom, yumurtalıqların polikistozu və ya açıqlana bilməyən sonsuzluq.
7. Miqren.
8. Xroniki yorğunluq və ya fibromialgiya. Belə bir diaqnoz adətən o deməkdir ki, həkim sizin yorğunluğunuzun və ağrılarınızın səbəbini müəyyən edə bilmir.
9. Əl, diz və ya omba oynaqlarında şişkinlik və ya ağrı.
10. Emosiyaların idarə olunmasında problemlər. Məsələn, səbəbsiz həyəcan, ani əhval dəyişiklikləri və diqqət əskikliyi sindromu.

 

Özünüzdə qlütenə dözümsüzlüyün olduğunu necə yoxlaya bilərsiniz?

 

Qlütenə dözümsüzlükdən əziyyət çəkib-çəkmədiyinizi yoxlamayın ən yaxşı yolu tərkibində qlüten olan məhsulları təqribən 2-3 həftəlik qida rasionunuzdan çıxarmaq və sonra yenidən daxil etmək. Nəzərə alın ki, orqanizminizin tamamilə qlütendən təmizlənməsi bir neçə ay çəkə bilər, ona görə də nə qədər uzun müddət qlüten tərkibli məhsullardan uzaq dursanız, təcrübə də bir o qədər düzgün nəticə göstərər.
Əgər qlüteni rasionunuzdan çıxardıqdan sonra özünüzü yaxşı hiss edirsinizsə və onu yenidən rasiona daxil etdikdən sonra halınız pisləşirsə, çox güman ki, qlüten sizin üçün problem təşkil edir. Ancaq bu üsulun dəqiq nəticəsi üçün siz rasionunuzdan qlüteni 100 % çıxarmalısınız.
Qlütenə dözümsüzlük varsa, nə etmək lazımdır?
Qida rasionunuzu 100% qlütendən təmizləmək. Hətta qida əlavələrində və dərman preparatlarında az miqdarda belə qlütenin olması kifayətdir ki, orqanizminizin immun reaksiyasına səbəb olsun.
2001-ci ildə aparılmış araşdırmalar göstərib ki, qlütenə dözümsüzlük və ya çölyak xəstəliyindən əziyyət çəkən insanlar qlüten tərkibli məhsullar yeməklə öz ölüm risklərini 6 dəfə artırmış olurlar.
Əgər bu xəstəlikdən əziyyət çəkdiyinizə hələ də əmin deyilsinizsə, təcrübəli endokrinoloq və qastroenteroloqa müraciət edin.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri